AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Gender
      Bizim tədbirlər
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
    YENİ LAYİHƏLƏR
 "Azərbaycanı tanı Aynur Talıbova ilə"

 

 "Cümə söhbəti Sevinc Osmanqızı ilə"

 Biz anayıq

 Etibar Babayev

 Flora Xəlilzadə

 
        Sorğu
Əmək Məcəlləsinə Atalıq məzuniyyətinin əlavə olunmasını necə dəyərləndirirsiniz?
Çox dəstəkləyirəm. Körpəyə hər 2 valideyn qulluq etməlidir
Dəstəkləyirəm. Qadına kömək olar
Dəstəkləmirəm. Onsuz da kişilər uşağa baxan deyillər
Əleyhinəyəm. Kişilər pul qazansın, uşağa özümüz baxarıq
Rəyim yoxdur

Cəmi səs verənlər: 158

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

İyul 2009

»

    

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

             
 
    Ön səhifə   Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Nadiya Diyuk: “Vətəndaş cəmiyyəti siyasətçiləri ictimaiyyət qarşısında cavabdeh saxlaya bilməlidir”

3 iyul 2008

ABŞ-ın NED Milli Demokratiya Fondunun Avropa və Avrasiya üzrə Baş Direktoru Nadiya Diyuk “Women’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin nümayəndələri ilə görüşüb. Birliyin sədri Sevinc Osmanqızı təşkilatın Azərbaycan mətbuatında etik jurnalistika prinsiplərinin möhkəmlənməsi, mətbuat azadlığı və qadınların cəmiyyətə inteqrasiyası sahəsində  gördüyü işlər barədə məlumat verib. Xanım Nadiya Diyuk Bakıya səfərinin işgüzar xarakter daşıdığını və son səfərindən keçən 4-5 il ərzində baş verən dəyişikliklərlə tanış olmaq məqsədi güddüyünü deyib. “NED-in baş qərargahı Vaşinqtonda yerləşir. Əməkdaşlarımız ildə 3-4 dəfə birgə layihələr həyata keçirdiyimiz ölkələrə səfərlər edərək, yerlərdə demokratiyanın vəziyyəti ilə tanış olurlar”.  Qonaq Bakının xeyli dəyişdiyini, “təmizləndiyini, xeyli bahalı maşının peyda olduğunu və yollarda tıxacların yarandığını” müşahidə etdiyini söyləyib.

“Azərbaycanda demokratiya ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?” sualına cavabında Baş Direktor mətbuat azadlığı və sərbəst toplaşmaq sahəsində problemlər olduğunu qeyd edib:  “Bir neçə il bundan əvvəl Bakıya gələndə burada söz azadlığı ilə bağlı vəziyyət daha yaxşı idi. Jurnalistlərə qarşı zor tətbiq olunmurdu. Sərbəst toplaşma barədə qəbul olunan yeni qanunlar da düzgün istiqamətdə deyil. Bir çox siyasi partiyanın şəhərin mərkəzində qərarqahının olmaması da diqqətimi çəkdi. Partiya rəhbərlərindən birinin isə passportu əlindən alınıb. Bunlar demokratik prinsiplərə ziddir.”

Azərbaycanın gələcək inkişaf perspektivlərindən danışarkən, qonaq ölkənin intellektual potensialına inandığını və mövcud problemlərin müvəqqəti olduğuna inandığını deyib: “Azərbaycanda kifayət qədər yüksəl təhsilli adam var. Bakı hələ 19-cü əsrdə öz inkişaf səviyyəsi, mədəniyyət və ədəbiyyatı ilə tanınıb. Bu, Azərbaycanlıların şüuru və genlərindədir. Sadəcə, demokratik fikirləri ifadə etmək üçün kifayət qədər imkan yoxdur. Hökümətlə cəmiyyətin funksiyaları dəqiq müəyyənləşdirilməlidir. Hökümət cəmiyyətdə insan haqqlarına hörmət olunmasını təmin etməlidir. Vətəndaş cəmiyyəti isə siyasətçiləri ictimaiyyət qarşısında cavabdeh saxlaya bilməlidir.”

NED 1983-cü ildə Ronald Reyqanın presidentliyi dövründə dünyada demokratik institutların güclənməsinə yardım məqsədilə yaradılıb. Qurum müstəqil, bitərəf Direktorlar Şurası tərəfindən idarə olunur. ABŞ Konqresindən ayrılmalar hesabına maliyyələşən NED Azərbaycan da daxil olmaqla MDB, Orta və Şərqi Avropa, Latın Amerikası, Yaxın Şərq və Afrika ölkələrində demokratiyanın inkişafına yardım edən layihələrə dəstək verir.



 
 
 

Şərhlər
  • Şərh yoxdur  

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 

 
        Qanunlar
 İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 KIŞİ VƏ QADINLARIN (QENDER) BƏRABƏRLİYİNİN TƏMİNATLARI HAQQINDA QANUN
 QADIN VƏ KİŞİLƏRİN HÜQUQ BƏRABƏRLİYİNİN DÖVLƏT TƏMİNATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYA ALMAQ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 "İNFORMASİYA ƏLDƏ ETMƏK HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
 TELEVIZIYA VƏ RADİO YAYIMI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
  «KÜTLƏVI INFORMASIYA VASITƏLƏRI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 
 

Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC