AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Gender
      Bizim tədbirlər
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
    YENİ LAYİHƏLƏR
 "Azərbaycanı tanı Aynur Talıbova ilə"

 

 "Cümə söhbəti Sevinc Osmanqızı ilə"

 Biz anayıq

 Etibar Babayev

 Flora Xəlilzadə

 
        Sorğu
Əmək Məcəlləsinə Atalıq məzuniyyətinin əlavə olunmasını necə dəyərləndirirsiniz?
Çox dəstəkləyirəm. Körpəyə hər 2 valideyn qulluq etməlidir
Dəstəkləyirəm. Qadına kömək olar
Dəstəkləmirəm. Onsuz da kişilər uşağa baxan deyillər
Əleyhinəyəm. Kişilər pul qazansın, uşağa özümüz baxarıq
Rəyim yoxdur

Cəmi səs verənlər: 158

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

İyul 2009

»

    

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

             
 
    Ön səhifə   Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Bir daha gender barədə

Mən 6 ildir ANS ÇM radiosundakı "Qadın vaxtı" proqramının aparıcısıyam. Bu proqramın bu günə qədər mövcud olması mətbuatımızda - istər radio məkanında, istər qəzet və ya televiziya ekranlarında qadın hüquqlarının yetərincə işıqlandırılmaması zərurətindən irəli gəlir.

Adətən gender mövzusuna qadınlarla bağlı qeyd olunan beynəlxalq tarixi günlər ərəfəsində və ya beynəlxalq təşkilatların təşəbbüsüylə keçirilən tədbirlər çərçivəsində müraciət olunur. Təbii ki, qısa zaman içərisində şəffaflığa nail olmaq və qadınlarımızın cəmiyyətimizdəki vəziyyətilə bağlı dolğun informasiya almaq qeyri-mümkündür.

Biz verilişlərimizdə nəinki bu sahədə olan mütəxəssislərlə, məhz bu problemləri yaşayan yüzlərlə qadın dinləyicilərimizlə ünsiyyətdən sonra ümumiyyətlə, heç vaxt rastlaşmadığımız çətinliklərdən agah olmuşuq. Düzdür, ara-sıra mətbuatda qadınlarımızın vətəndaş cəmiyyətinin qurulması prosesinə verə biləcəyi töhfə və ya qadınlarımızın əmək hüquqlarının pozulması hallarına göz yumulması, çoxarvadlılığın və ya hətta fahişəliyin rəsmiləşdirilməsi, qadının ailədə kişi qədər səlahiyyət sahibi ola bilməməsi və ya əksinə ailə başçısı olmaq məcburiyyətində qalması, qadının səs vermək, təhsil almaq kimi hüquqlarının əlindən alınması, mövcud iqtisadi durumun əsas ağırlığının qadınların üzərinə düşməsi, işə düzəlmədə çətinliklərlə üzləşməsi, siyasi qərarların qəbulunda qadınların zəif iştirak etməsi, əməyinin istismarı və yetərincə qiymətləndirilməməsi, qadın alveri, erkən nikahlar və qadına qarşı zorakılıq hadisələri barədə, qadının reproduktiv sağlamlığının gələcəyi haqda məqalələrə rast gəlinir. Amma bu sahəyə müraciət edən televiziya və radio layihələri demək olar ki, 0 dərəcəsindədir.
Əslində bu misalla mətbuatda gender vəziyyəti arasında paralellər aparmaq olar. Gender probleminin işıqlandırılmamasının səbəblərindən biri bu sahəyə toxunmaq istəyən peşəkar qadın jurnalistlərinin kifayət qədər olmaması və qadınlarımızın rəhbər vəzifələrdə yetərincə təmsil olunmamasıdır. Rəsmən qeydiyyatdan keçən 3000-dən çox mətbu orqanında təsisçi və redaktor səviyyəsində olan qadın təmsilçilərimiz onların 1/8-ni təşkil edir.

Öz efir təcrübəmdə ağıla gəlməyən problemlərin şahidi olmuşam. Bu gün Azərbaycanda ibtidai təhsil almaqdan məhrum olan, kiçik yaşlardan siqaret və narkotikə qurşanan, daha sonra öz valideynləri tərəfindən istismar olunan qızlarımız var. Görəsən niyə hamilə-hamilə döyülən, özü şikəst qalan və sağlamlığı məhdud olan uşaq dünyaya gətirən və ya məmur zorakılığı ilə üzləşən qadınlarımız barədə məlumatlar mətbuat tərəfindən lazımi səviyyədə işıqlandırılmır. Bu gün rəsmi məlumatlarda Azərbaycanda ana ölümünün səviyyəsinin son illərlə müqayisədə müəyyən dərəcədə aşağı düşməsi faktı vurğulansa da, reallıqda vəziyyətin belə olmadığını bilirik. Amma susuruq. Düzü sadaladığım problemlər bir çox ölkələr üçün də keçərlidir. Amma efir vaxtı, sırf özümüzə məxsus problemlərdən də agah olmuşam. Bu gün özünün dünyaya gətirdiyi uşağa ad qoymaqdan məhrum olan, uşağına istədiyi tərbiyəni verə bilməyən, yaşadığı mənzilə qeydiyyata düşə bilməyən, hətta ailə qurduğu təqdirdə rəsmi nikah bağlamadan yaşamaq məcburiyyətində olan qadınlar var. Hələ müəyyən yaşdan sonra əmək hüquqlarının pozulması ilə üzləşən, tənha ana statuslu qadınları demirəm. Vaxtilə bu mövzu ilə bağlı hətta Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də müraciət etmişdim. Əfsuslar olsun ki, Azərbaycanda tənha analarla bağlı heç bir rəsmi məlumat əldə edə bilmədim. Hətta Dövlət Statistika Komitəsinin də qadınlarla bağlı təqdim etdiyi məlumatlar yalnız səhiyyə və təhsil sistemində çalışanlar barədədir. Yəni ictimai-siyasi sferada bu və ya digər səviyyələrdə qadınların təmsilçiliyinə sanki ehtiyac duyulmur.

Daha bir problem - cəmiyyət və ya mətbuat tərəfindən kəskin şəkildə mühakiməyə çıxarılan qadınlar. Niyə mətbuat nümayəndələri bu halları şouya çevirib bunu yalnız reytinq qazanmaq xətrinə işıqlandırırlar, niyə əxlaqsızlıqda ittiham olunan qadınların nəyə görə bu yola düşməsini araşdırmırlar? Düşünürəm ki,QİÇSƏ yoluxan və birlikdə olduğu kişiləri də yoluxdurmaqda ittiham olunan gənc qadının faciəsindən Azərbaycanda xəbər tutmayan olmadı! Əslində bu, uşaq evlərində və uşaq evlərindən çıxdıqdan sonra qızlarımızın rastlaşa biləcəyi problemləri üzə çıxarmaq üçün bir təkan idi, amma nə keçmişi, nə də gələcəyi düşünənlər tapıldı.

Öz hüquqlarını bilməyənlərin bir hissəsi də evdar qadınlarımızdır. Radiomuzda onlardan ibarət yaratdığımız klubumuz var. Bu gün qadınların 21 faizi məhz evdar qadınlardır. Bu heç də balaca rəqəm deyil, bu cür həyat tərzi sürən qadınları ailələrindən başqa həyata bağlaya biləcək, onların çoxunda müşahidə olunan özünə inamsızlığı aradan qaldıra biləcək faktorlar niyə yetərincə araşdırılmır?

Uzun sözün qısası, həmişə fikirləşmişəm ki, hər şeyi düzəltmək öz əlimizdədir. Bunun üçün möhkəm iradəmiz olsun gərək. Və hesab edirəm ki, möhkəm iradə ilə yanaşı, istəyimizə bizə güvənən, bizə sayqı duyan və güclü cins olduğunu sübut edərək bizi dəstəkləyəcək kişilərimizin köməyi və sözsüz ki, 4-cü hakimiyət sayılan, bu gün əsasən kişilər tərəfindən idarə olunan mətbuatın köməyi ilə çata bilərik.



 
 
 

Şərhlər
    Efsane
  • bu sayt ve bu fikirler menim xoshuma gelir.men ozum de jurnalistem. Daha chox gender problemleri ile maraqlaniram. Yazilarim arasinda genderle bagli meqalelerim de var. Bu problemleri cozmek uchun bu cur proqram ve yazilar gereklidir Size ugurlar
     

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 

 
        Qanunlar
 İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 KIŞİ VƏ QADINLARIN (QENDER) BƏRABƏRLİYİNİN TƏMİNATLARI HAQQINDA QANUN
 QADIN VƏ KİŞİLƏRİN HÜQUQ BƏRABƏRLİYİNİN DÖVLƏT TƏMİNATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYA ALMAQ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 "İNFORMASİYA ƏLDƏ ETMƏK HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
 TELEVIZIYA VƏ RADİO YAYIMI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
  «KÜTLƏVI INFORMASIYA VASITƏLƏRI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 
 

Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC