AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Qadının səlahiyyətlənməsi
      Qadın və uşaq sağlamlığı
      Rəy yazıları
      Xəbər bülletenləri
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
 
        Sorğu
Azərbaycanda Azadlıq, BBC və Amerikanın səsi radiostansiyalarının yayımının dayandırılmasına münasibətiniz necədir?
Dəstəkləyirəm
Dəstəkləmirəm
Rəyim yoxdur

Cəmi səs verənlər: 30

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

Dekabr 2008

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
    Ön səhifə   Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Araşdırma jurnalistikası

Ötən ilin iyulunda "Jurnalist tədqiqatı" nominasiyası üzrə "Media açarı" mükafatını alarkən ilk düşündüyüm fikir bu oldu ki, istər mənim, istərsə də bu nominasiya üzrə mükafat alan digər həmkarlarımın yazısı beynəlxalq peşəkar standartlara nə dərəcədə cavab verərdi. Ona görə yox ki, mən bizim peşəkar səviyyəmizə və bacarığımıza şübhə ilə yanaşıram. Məsələ burasındadır ki, redaksiya rəhbərləri araşdırma jurnalistikasının inkişafı üçün səylər göstərmədiyindən, mətbuat və söz azadlığının əsas göstəricisi kimi qiymətləndirilən bu sahə inkişafdan geri qalıb. Redaktorlar hər bir araşdırma yazısı üçün fərdi büdcənin ayrılması zəruri olduğu halda, jurnalistə ən yaxşı halda, səhifə üçün ayrılmış qonorardan cüzi fərqlənən məbləğ vəd edirlər. Ehtimal olunan məbləğ isə jurnalistlərdə bu sahəyə stimul yarada bilməz.

Son iki ildə ictimaiyyətə təqdim olunmuş jurnalist tədqiqatlarının böyük əksəriyyətinin beynəlxalq donor təşkilatlarının ayırdığı qrant hesabına başa gəlib.

Güclü araşdırma jurnalistikası - güclü cəmiyyət deməkdir. Media rəhbərləri bu cəmiyyəti qurmaq üçün ciddi səylər göstərməlidirlər. Tədqiqat jurnalistikasının inkişafı çoxsaylı mətbuat problemləri sırasında prioritet xətt kimi qəbul edilməlildir.

Redaktorlar araşdırmaçılığa mövcud münasibətlərini iqtisadi amillərlə izah edirlər. Biz başa düşürük ki, mətbuat müstəqil gəlirlərinin məbləği çox cüzidir. Lakin araşdırma yazıları qəzetin hər nömrəsi üçün çox, 1-2 aydan bir ərsəyə gəldiyindən jurnalistikanın bu sahəsi üçün fəaliyyəti maliyyələşdirmək redaksiyaları müflisləşdirməz, əksinə, cəmiyyətdə oxuculuq marağını təşviq etmiş olardı. İnformasiyanın alınması sahəsində mövcud problemlər, informasiya şəffaflığının olmaması isə iş prosesi üçün ciddi problemlər yaradır.

Mətbuatın iqtisadi müstəqilliyinin olmaması onun siyasi müstəqilliyini də əldən verməsinə gətirib çıxarıb. Mətbuatın iqtisadi inkişafını dövlət yardımı ilə məhdudlaşdırmaq isə onun iqtisadi müstəqilliyinin qeyri-leqal himayə altında olmasının ömrünü uzada bilər. KİV rəhbərləri hökumətdən balıq istəməkdənsə, balıq tutmağı öyrənmək istiqamətində addımlar atmalı, başqa sözlə, reklam bazarını inkişaf etdirməklə müəyyən qədər iqtisadi müstəqilliyə nail olmalıdırlar. Bu mənada KİV rəhbərlərinin mətbuatda reklam qiymətlərinin minimum həddini müəyyənləşdirən sənədi qəbul etmələri məqsədəuyğun olardı.



 
 
 

Şərhlər
    leyla
  • Əvvəla salam.Bilmək istəyirəm Azərbaycanda analara və yeni doğulmuş körpələrə nə üçün Dövlət biganə yanaşır.Xüsusilədə 3-əkiz(yəni 3-əm)doğulanlara.Sizdən 14-dən sonra min bir əzab-əziyyətlər bahasına 3-əkiz dünyaya gətirən bir ana kimi xahiş edirəm əgər mənimlə və körpələrimlə maraqlanıb bizlərə hansısa köməklik göstərmək istəsəniz mənimlə əlaqə saxlayasınız. 06.10.2008
     

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 
 
 Bakıda “Müasir cizgilərdə Anadolu motivləri” moda sərgisi keçirildi

Bakıda türk modelyeri Ahmet Özceyhanın qadın libaslarından ibarət moda sərgisi keçirilib.

 Bu gün ümumdünya informasiya günüdür

25 noyabr ümumdünya informasiya günüdür.

 10 dekabr Beynəlxalq İnsan Haqları günüdür

Ombudsman aparatı Polis akademiyasi ilə birgə 10 dekabr Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirib.

 Qarakənddə “Mİ-8” vertolyotunun vurulmasından 17 il ötür

Bu gün Azərbaycanın müstəqillik tarixinin daha bir faciəli hadisəsinin 17-ci il dönümüdür.

 Jurnalist İdrak Abbasov evinə edilən basqının peşə fəaliyyəti ilə əlaqədar olduğunu güman edir

”Ayna” və ”Zerkalo” qəzetlərinin müxbiri, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun əməkdaşı İdrak Abbasov evinə edilən basqını qarət məqsədi deyil digər məqsədlər üçün nəzərdə tutulduğunu hesab edir.

 Devid Kremer Azərbaycan mətbuatının vəziyyətini müzakirə edib

Bakıda səfərdə olan ABŞ-ın dovlət katibinin müavini Devid Kremer Azərbaycanın mətbuat orqanları və təşkilatlarının rəhbərləri ilə görüşərək Azərbaycan mətbuatının vəziyyətini müzakirə edib.

 ABŞ-ın dövlət katibinin müavini Devid Kramer Azərbaycana gəlir

Bu gün Bakiya gələcək ABŞ dövlət katibinin müavini Devid Kramer Azərbaycanda  “insan hüquqları və söz azadlığı” mözusunda  müzakirələr aparacaq.

 

 105.5 tezliyində “Media FM” radiosu ilin sonunda efirə çıxacaq
Bunu “Women’s Media Watch”- a müsahibəsində “Media FM”-in direktoru Tural Əliyev bildirib.
 Azərbaycan telekommunikasiya və informasiya sahəsindəki inkişafına görə MDB ölkələri arasında 1-ci yeri tutub

Bu barədə “İteka Kaspian” şirkətinin icraçı direktoru Fərid Babayev “Women’s Media Watch”- a müsahibəsində bildirib.

  Ombudsman həbsdə olan jurnalistlər Eynulla Fətullayev və Mirzə Sakitlə görüşüb
Bu barədə “Women’s Media Watch”-a ombudsman aparatının mətbuat xidmətindən göndərilən məlumatda bildirilir.
 Nurşirəvan Məhərrəmli: “2009-cu il yanvarın 1-dən “BBC”, “Azadlıq” və “Amerikanın səsi” radiolarının yayımı dayandırılacaq”
“Azərbaycanın milli tezlik və televiziya resursları Azərbaycanın milli qurumlarına məxsus olmalıdır.” Bunu “Women’s Media Watch”–a müsahibəsində Mili Televiziya və Radio Şurasının sədri Nurşirəvan Məhərrəmli bildirib.
 Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfvi ilə bağlı Prezidentə müraciət etməyi düşünür
Bu barədə “Women’s Media Watch”-a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
 Qafqaz öıkələri üçün nəzərdə tutulan yeni telekanal informasiya və maarifləndirici verilişlər yayımlayacaq

“Azərbaycanda bütün Qafqaz regionu üçün nəzərdə tutulan yeni telekanalı digər televiziya kanallarından fərqləndirən onun CNN, BBC kimi informasiya xarakterli olması olacaq “.

 Azərbaycan mətbuat azadlığı indeksində geriləyərək, 150-ci yerə düşüb
“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı keçən il üçün dünyada mətbuat azadlığı indeksini açıqlayıb. Azərbaycan bu siyahıda 150-ci yerə düşüb. 
 


 
 

Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC