Azərbaycanla tanışlığa televiziya layihəsi çərçivəsində başladıq. Düz 5 il əvvəl idi. Əllərimizdə fotoaparat, kamera, ştativ, belimizdə yol çantası məmləkəti qarış – qarış gəzdik. Nəinki texnika, bəzən hətta heç şəhər insanı belə görməmiş yerlərə gedib çıxdıq. Maşınlarımızın palçıqda batdı. Bəzən sındığı zamanlar oldu. Bəzən su, bəzən qalmağa yer tapmadıq. Avtovoğzalda, bəzən də çadırlarda, yuxu tulumlarında gecələdik.
Yol xatirələrini saymaqla bitməz. Yaz - yay – payız – qış demədən məmləkət insanınımızın ayaqlarına qədər getdik. Çörəklərini yedik, evlərində gecələdik, qonaqları olduq və anladıq ki, bu ölkənin ruhu var, yaşayır, torpağını əkir, becərir.
Bütün bu vaxt ərzində yeriyən ensiklopediyaya çevrildim. Suallara cavab verməkdən çox zövq aldığımı etiraf edirəm. Tanıyan və tanımayan hər kəsin mənimlə evdən biri kimi davranması ən böyük qazancımdır. Bir şeydən əminəm ki, cibimdə tək quruşum olmasa belə məmləkətin istənilən guşəsinə rahatca gedə bilərəm. Qalacaq yerim və yeməyə ruzim hər zaman tapılacaq. Bu səyahətlərdən pul yox, dost qazandım. İnsanların sevgisi, müsbət enerjiləriylə qidalandım.
Vizual təqdimatdan sonra Azərbaycanı virtual olaraq Sizlərə tanıtmağa qərar verdik. Bütün bu araşdırmanı qələmə almaqla fərqli müstəviyə keçdik. Azərbaycanla bağlı təəssüratlarımı saytımızda diqqətinizə təqdim edirik. Düşüncələrinizi və mülahizələrinizi, tənqidlərinizi böyük məmnuniyyətlə oxuyacam...
adindan da gorunduyu kimi Aynir xanimin daha evveller de apardigi verilislerin davami olacaq. inaniram ki evvelki muveffeqiyyetlerini de burada yeniden elde edecekdir. Azerbaycani tanidarken cox vacibdir ki azerbaycanlilari da tanitmaq perde arxasinda qalmasin. tebii ki tanidilmaga layiq olan azerbaycanlilardan danisiram. Yolunuz aciq olsun!
FM
Aynur Talibovanin Azerbaycani tanitmaq yolunda novbeti iwinde ugurlar dileyirem ...
Fikrət
Məqaləni oxumadan öncə elə bilirdim ki,o mənə o geder də maraqlı gəlməz,çünki belə baxanda,sənədli filmlərinizə də baxmışam,Şəkinin özünü də gəzmişəm.Oxudum. Bu tamam başqa bir təsuratdır.Şəxsən mənə tele-variantdan daha idraklı və maraqlı gəldi.Çünki arada nə reklam mane olurdu,nə də vaxt problemim var idi. Ona görə də,Aynur xanim,sizin "Azərbaycanı tanıtmaq" ideyanızın yeni təzahürünü sadəcə alqışlamaq olar. Və ilk növbədə Azərbaycan gəncliyinin maarifləndirilməsində əvəzolunmaz xidmətlərinizi vurğulamaq lazımdır. Sizə bu işin davamında müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,Fikrət.
TV ekranlarında yolların apardığı məkanlara tələsən və o sirrli-soraqlı doğma yerləri gözümüzdən könlümüzə həkk edən telejurnalist Aynur Talıbova inanıram ki, bizləri o məkanlara qələminin gücünü sınayaraq da aparmağı bacarır. Odur ki, mübaliğəsiz "yazılı kompas" mahiyyəti daşıyan bu silsiləvi yazılarında ona uğurlar diləyir və yorulmaq bilməyən bu həmkarımızın səsinə səs verirəm: GƏLİN DÜNYANI TANIMAĞA ÖZ DOĞMA VƏTƏNİMİZDƏN BAŞLAYAQ !
Mahirə Əhmədova
Əvvela Aynur xanıma bu yeni fəaliyyətində uğurlar arzulamaq istəyirəm.Əminəm ki, radyo və televiziyadakı uğurlarını burada da təkrarlayacaqdır.Bu uğurların necə böyük zəhmətlə, əziyyətlə ərsəyə gəldiyini verlişlərindən görmək mümkündür. Odur ki, ona dözüm, səbr, iradə gücü və mətanətli olmağı arzu edirəm.Sizin kimi savadlı, vətənpərvər, xalqının maariflənməsində var gücünü səfərbər edən jurnalistlərə xalqımızın ehtiyacı var. Təəssüflər olsun ki, sizin kimi jurnalistlərimiz azdir.Odur ki, doğru bildiyiniz yolda allaha amanat olun. Yolunuzdan dönməyin.Yolunuz həmişə açıq olsun.
Cavid
Masalli rayonunun en gozel gushelerinden biride yeleqaci kendidir bu kend rayonun en ucqar kendlerinden biridur sherqden talish daqlari boyu yardimli rayonuyla shimal qerbden ise celilabad rayonuyla hemiserheddir cox gozel tebieti daq cayi var
Caxirli
Caxirli kendide Masalli rayonunun en gozel kendlerinden biridir bu kendde qonaq perverdir kendin cox husunkar menzeresi ve abu havasi var mende bu kendin sakiniyem Namiq Mensimov
Elcin327
Bura Azerbaycandir verlisi daha maraqli idi. Her 6 -ci gun Gerib Azer -den sonra baslayirdi. amma Yol verlisi maraqsiz alindi. Nese teze bir ish gormek lazimdir
kotik
Her iki verlish chooooox gozel idi.Arxive ehtiyac olsa,hamisi mende disklerde var:)))
UGURLAR