AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Gender
      Bizim tədbirlər
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
    YENİ LAYİHƏLƏR
 "Azərbaycanı tanı Aynur Talıbova ilə"

 

 "Cümə söhbəti Sevinc Osmanqızı ilə"

 Biz anayıq

 Etibar Babayev

 Flora Xəlilzadə

 
        Sorğu
Əmək Məcəlləsinə Atalıq məzuniyyətinin əlavə olunmasını necə dəyərləndirirsiniz?
Çox dəstəkləyirəm. Körpəyə hər 2 valideyn qulluq etməlidir
Dəstəkləyirəm. Qadına kömək olar
Dəstəkləmirəm. Onsuz da kişilər uşağa baxan deyillər
Əleyhinəyəm. Kişilər pul qazansın, uşağa özümüz baxarıq
Rəyim yoxdur

Cəmi səs verənlər: 158

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

İyul 2009

»

    

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

             
 
    Ön səhifə   Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Zorakılıq sevdası

Elə bilərsiz mən də özünü təmizə çixaran bəzi kişilər kimi ”Yüyrək at özünə qamçı vurdurmaz” düşünürəm. Xeyr,sadəcə fikirləşirəm ki,biz öz kişilərimizi sevdiyimiz kimi, onların bəzən əl atdığı “gücə”, əslində isə gücsüzlüyünü göstərən zorbazorluğa aşiqik!

 

“Sevənin ağlı olmaz” deyirlər. Etiraf edək ki,bu vəziyyət, döyülüb-söyülmək, alçalmaq,  kişilərimiz dura-dura, ailəni dolandırmaq bizi xoşbəxt etməsə də, qane edir. Niyə də yox ? Qane etməsə, bu qədər zorakılıqa qatlanardıqmı? Ana olacağımız üçün təhqir olunardıqmı? Dəfələrlə aldadıldıqdan sonra kişi təfəkküründə heç də cinsi zorakılıq kimi qəbul olunmayan cinsi münasibətlərə məcbur edilərdikmi? “Ailənin işinə qarışmazlar” deyib kənara çəkilərdikmi? “Birdən adımız ləkələnər” deyə, olanları udardıqmı? “Məişət zəminində” öldürülərdikmi?

 

Yadımdadır, Milli Məclisin payız sessiyasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinin müzakirəsi gedirdi. Azərbaycanda qeydə alınan zorakılıq hallarının sayını məni dəhşətə gətirdi. Bu, hələ özündə cəsarət tapıb, kömək üçün müraciət edənlərin sayı idi. Bəs nə qədərimiz döyüldüyümüzü ört-basdır edib?

 

Məişət zəminində 73 qadının qətlə yetirildiyini eşidəndə,  onların yetim qalan, günahsız balalarını düşündüm. Ailə dəyərlərimizin get-gedə yuvarlandığı hala acıdım. Özümüzə, biz qadınlara əsəbiləşdim – bunun üçünmü dözürük? Nədir bu, yumruq sevdası?

 

Bilirəm, bəziləri razılaşmayacaq, “döyürsə, sevir” deyəcək. Lazım deyil,siz Allah, heç olmasa bunu etməyin. Heç olmazsa, o söydüyünüz və döydüyünüz qadınları rahat buraxın. Sizin üçün hətta ölümə də hazır olduqlarını anlayın və bir qadın kimi olmasa da, insan kimi sevin. Tanrı bu sevgi payından heç kimi məhrum etməyib axı. Yox, əgər qəbul etmirsizsə, onda yumruqla saxladığınız “məhəbbətinizi” etinasızlığla əvəz edin. Boş verin, biz çarəmizə baxarıq, hətta tək qalmaqdırsa qismətimiz, zorakı sevdadan vaz keçərik. Öz həyatımızın, valideynlərimizin, balalarımızın, gələcəyimizin qayğısına qalarıq. Bəsdir, qurtulun bu həvəsdən. Bizi də sizə və sizin “sillənizə”dözmək məcburiyyətindən, bu zorakı sevdadan xilas edin.

 

Sevda Güləhmədova

 



 
 
 

Şərhlər
  • Şərh yoxdur  

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 

 
        Qanunlar
 İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 KIŞİ VƏ QADINLARIN (QENDER) BƏRABƏRLİYİNİN TƏMİNATLARI HAQQINDA QANUN
 QADIN VƏ KİŞİLƏRİN HÜQUQ BƏRABƏRLİYİNİN DÖVLƏT TƏMİNATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYA ALMAQ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 "İNFORMASİYA ƏLDƏ ETMƏK HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
 TELEVIZIYA VƏ RADİO YAYIMI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
  «KÜTLƏVI INFORMASIYA VASITƏLƏRI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 
 

Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC