AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Gender
      Bizim tədbirlər
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
    YENİ LAYİHƏLƏR
 "Azərbaycanı tanı Aynur Talıbova ilə"

 

 "Cümə söhbəti Sevinc Osmanqızı ilə"

 Biz anayıq

 Etibar Babayev

 Flora Xəlilzadə

 
        Sorğu
Əmək Məcəlləsinə Atalıq məzuniyyətinin əlavə olunmasını necə dəyərləndirirsiniz?
Çox dəstəkləyirəm. Körpəyə hər 2 valideyn qulluq etməlidir
Dəstəkləyirəm. Qadına kömək olar
Dəstəkləmirəm. Onsuz da kişilər uşağa baxan deyillər
Əleyhinəyəm. Kişilər pul qazansın, uşağa özümüz baxarıq
Rəyim yoxdur

Cəmi səs verənlər: 158

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

İyul 2009

»

    

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

             
 
    Ön səhifə   Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Vahid Mustafayev: “ANS hər birimizin qanından yoğrulub”

Azərbaycan cəmiyyətində qadın kişidən daha güclüdür

Sevinc Osmanqızı: Gadın jurnalistlərimizin professional inkişafında “şüşə tavan” siyasəti müşahidə olunmaqdadır. Mikrofon qarşısında, efirdə qadınlar görünür, mikrofonun arxasında, qərar-verən vəzifələrdə isə onların sayı yox səviyyəsindədir.  Sizin şirkətlər qrupunda bu sahədə vəziyyət necədir?

Vahid Mustafayev: Bizdə - əla. Təsəvvür edin ki, əksər başlıca vəzifələrdə bizdə qadınlar əyləşib. Şirkətimizin baş direktoru xanımdır. ANS-Kommers reklam şirkətinə xanım başçılıq edir. ANS-Pressdə Baş Direktor qadındır. «Xəbərlərin» Baş Redaktoru xanımdır. ANS-ÇM radiostansiyasının proqram direktoru qadındır. «VMF» şirkətinə qadın başçılıq edir.

İlhamə Qasımlı: Onda belə çıxır ki, sizdə qadınlar deyil, kişilər diskrinimasiyaya məruz qalırlar?

Vahid Mustafayev: (gülür) Bilirsiz, bu vəzifələrlə bağlı qərar qəbul edilərkən, genderi araşdırmamışıq.  Özü-özlüyündə belə alınıb. Ümumiyyətlə, mən deyərdim ki, Azərbaycan cəmiyyətində qadın psixoloji baxımdan kişidən daha güclüdür. O daha çətin sınır, daha dözümlüdür. Qadın kişilərə nisbətən, rüşvətxorluğa, neqativ hallara daha az meyllidir. Qadın ruhən ovçu olan kişiyə nisbətən evinə, iş yerinə daha sadiqdir.

İlhamə Novruzova: Bəlkə Vahid Mustafayev üçün qadınları idarə etmək daha asandır, nəinki kişiləri? Axı qadın kişi cazibəsinə daha həssasdır.  

Vahid Mustafayev: Qətiyyən yox. Əksinə, qadınlarda məntiq daha güclüdür. Onları inandırmaq daha müşküldür. O ki, qaldı cazibə məsələsinə, bizdə çalışan qadınlar elə uzun müddət işləyirlər ki, aramızda bacı-qardaşdan da yaxın münasibət formalaşıb.

İlhamə Qasımlı: Bilirik ki, Siz iş yerində sərt, haradasa hətta kobud olmağı da bacarırsınız. Qadınlara münasibətinizdə necə, bunu nəzərə alırsınız?

Vahid Mustafayev: Siz görmüsünüz ki, mən qadınlara münasibətdə kobudluğa yol verim?

İlhamə Qasımlı:  Mən vaxtilə ANS-də işlədiyim zaman şahidi olmuşam.

Vahid Mustafayev: Bilirsiz, onda yəqin siz mənim kişi əməkdaşlarımızla rəftarımı görməmisiz. Yoxsa müqayisə etmək imkanınız olardı. Həm də burada başqa amillər də var. ANS-in digər şirkətlərdən fərqi odur ki, bura - bir ailədir. Kiminsə səhvi olanda qışqırmaq da olar, danlamaq da. Elə bilirsiz ki, bizim öz başımızı orada sığallayırlar? Bax, elə bu həftə şirkətin yuksek vezifeli iscisi töhmət alıb. Biz ailədə olduğu kimi, bir-birimizin tənbehini də edirik, nazını da çəkirik. Biz bir-birimizi qoruyuruq.

 Hədiiyyə hədiyyə olmayanda...

Vahid Mustafayev: Bilirsiz, bizimkilər ANS-dən çıxan kimi tamam fərqli mühitlə qarşılaşırlar. Ona görə də biz məcburuq ki, onları işə götürərkən də, işlədikləri müddət ərzində də beyinlərini elə müasir yuyucu tozlarla «yuyaq» ki, kirlənməsinlər. Mən rüşvəti nəzərdə tuturam. Bizdə rüşvət götürməyənə elə həmin həcmdə mükafat verilir. Bu çox yaxşı təbliğatdır rüşvətlə mübarizədə. İşçi ələbaxımlılıqdan azad olur. Məsələn «İç xəbərin» çəkiliş qrupunü təhlükəsizlik xidməti müşayiət edir. Orda artıq hansısa rüşvətdən söhbət  gedə bilməz. Ya bizdə kimsə maşın alan kimi, təhlükəsizlik xidməti alır onun başının üstünü ki, buyur, deklarasiya doldur ki, bunu hansı pulla almısan?

İlhamə Novruzova: Sizcə, bu, işçinin azadlığının pozulması, onun çərçivələrə salınması deyilmi? Axı bu maşını ona hədiyyə də verə bilərlər.

Vahid Mustafayev: Bizdə daxili davranış normativ sənədlərimizə 17 nəfərdən ibarət hüquqşünaslar heyətimiz nəzarət edir. Və işə götürülən hamı bu normativ sənədlərə riayət etməlidir. Biz özümüzdən çıxarmamaşıq bu qanunları. Dünyanın bütün iri media qurumlarında belə davranış kodeksləri var. Götürək elə BBC –ni. Bizim də sözügedən normativ kodeksimiz oradakına uyğundur. Axı mən bilirəm ki, mənim verdiyim maaşla bu şəxs həmin maşını heç zaman ala bilməz. Və mənim bir işəgötürən kimi hüququm var ki, ona deklarasiya doldurmağı təklif edim. O da yazsın ki, məsələn, atam ya qayınatam hədiyyə edib. Bunun da nə dərəcədə düzgün olub-olmadığını yoxlamağa mənim ixtiyarım çatır. Bilirsiz, insan o zaman elə araşdırmadan qaçır ki, nəsə «tünlük» olsun. Bizdə rüşvətxorluqla mübarizə komissiyası var. Araşdırır və olduqca obyektiv nəticəsini verir.

İlhamə Qasımlı: Bəs araşdırma zamanı hədiyyələrin dəyəri necə, nəzərə alınırmı?

Vahid Mustafayev: Əlbəttə. Məsələn, Aytən Səfərovaya bir dəfə bayramda gül hədiyyə etmişdilər. O da gətirib, şirkətə təhvil verdi ki, bu dəstənin qiyməti qanunvericiliklə nəzərdə tutulmuş 50 manatı aşır. Onsuz da ilin axırında biz anbarda yığılmış bu hədiyyələrin hamısını əməkdaşlarımıza paylayırıq. Ancaq əsas odur ki, bizimkilər verilən hansısa hədiyyəni, ələlxüsus da pulu özləri üçün təhqir sayırlar. Və bu doğrudan da təhqirdir.

Bizdə hər məsələnin özəyində qadınlar durur

Sevinc Osmanqızı:  Jurnalistin maddi baxımdan müstəqilliyini təmin etməqə calışmağınız olduqca təqdirəlayiq haldır. Bəs Siz verdiyiniz əmək haqqını digərləri ilə müqayisə edib,  yeniləşdirirsinizmi?

Vahid Mustafayev: Əlbəttə ki. Özü də bu məsələnin də özəyində yenə qadınlarımız dayanırlar. Yəni bu problemi qaldırırlar. Biz vaxtaşırı əməkdaşlarımıza bonuslar veririk, onları sığortalayırıq. Baxın, mənim bu sığorta kartımdan hər bir əməkdaşımızda var. (Portmanesindən fəxrlə çıxararaq, hər bir iştirakçıya nümayiş etdirir) Bax, bunu da yazacaqsız? Siz hər şeyi öyrənib, mənim daxili texnologiyalarımı üzə çıxaraqsınız ha. (gülür)

İlhamə Qasımlı: Siz jurnalistlərinizdən özünüz bunu tələb etmirsizmi? (ümumi gülüş)

Sayqa Məmmədova: Bəs Sizdə  müqavilə əsasında işləyən əməkdaşlarınızın da belə hüquqları varmı?

Vahid Mustafayev: Bilirsiz, bizlə olan, bizimlə görünən hər bir kəs ANS ailəsinin üzvüdür. Onunla müqavilə bağlayanda da, hər şey açıq yazılır. Çünki bizdə işləyən hər kəs bilir ki, məndə ömründə «qara mühasibat» deyilən şey olmayıb. Hər şey şəffafdır. Yazılır ki, qardaş, sənə ildə bu qədər maaş verəcəyik. Səhhətini bu qədər manata sığortalayırıq. Yol xərclərinin əvəzində səni maşın aparıb-gətirir. Təlim-təhsilin də bizim boynumuza. Bu da xərcdir. Çünki biz ANS işçilərinin vaxtaşırı peşəkarlığının artması məqsədilə onları müxtəlif kurslara, seminarlara yollayırıq. Hə, gəldik yemək məsələsinə. Hansı şirkətdə 1 manat 20 qəpiyə birinci, ikinci və üçüncü yemək var? Özü də ki, əla keyfiyyətdə. Şəhərin ən bahalı restoranlarında belə yemək verilmir. İşçinin hər gün yediyi yeməyin 50 faizini də şirkət ödəyir. Bu da ilin sonunda sanballı rəqəm edir.

Sayqa Məmmədova: Deməli, sizin şirkət işçiyə sanki sərmayə yatırır. O cümlədən onun hazırladığı layihələrə.  Onun dekorasiyası, hazırlanması əlavə xərclərdir. Bəs bu layihə özünü doğrultmursa,onda necə?

Vahid Mustafayev: Biz sadəcə həmin işçilə müqaviləni yarımçıq kəsirik. Çünki orada yazılıb ki, həmin işçidən nə qədər reytinq gözləyirik.

İlhamə Novruzova: Müqavilədə iş saatları ilə bağlı maddə necə əksini tapıb? Əməkdaşlarınıza bununla bağlı kompensasiyalar hansı prinsipə əsasən ödənilir?

Vahid Mustafayev: Əgər bu işçi normalaşdırılmış iş gününə götürülürsə, onda ona əlavə kompensasiya ödənmir. Məsələn, növbəli iş rejimində çalışan əməkdaş 12 saat işləyib, səhərisi gün istirahət edirsə, təbii ki, ona heç bir əlavə vəsait ödənməyəcək. Ancaq müxbirlərə bu məsələnin aidiyyatı yoxdur. Çünki o 8 saatlıq iş gününə malikdir. Ona həvalə edilən işi də bu zaman çərçivəsində görüb, bitirməlidir. Əgər o bunu çatdırmırsa, artıq öz şəxsi məsuliyyətidir. «Xəbərçi»də bu baxımdan iş heç də göründüyü kimi çətin deyil. Çünki bizdə briqada sistemində çalışırlar. Səhər briqadası axşama qalmır. 

ANS kimin adamıdır?

Sevinc Osmanqızı: Bu günlərdə Sizin şirkət üçün heç də xoş sayıla bilməz bir ildönümü yaxınlaşır. ANS TV-nin bağlanmasından 1 il keçir. Siz böyük bir kollektivin iş təminatçısı  kimi o zaman nə hislər keçirdiniz? Sizcə bu hadisə ANS-i və Azərbaycan mediasına necə təsirləndirdi?

Vahid Mustafayev: Belə profilaktik tədbirlər, məncə, hər bir şirkətə lazımdır. Ancaq belə profilaktik tədbirləri mediada tətbiq etmək düzgün deyil. Çünki MDB ölkələrindən bəlkə də yeganə bizik ki, azad mətbuatımız var idi. Və bağlanmağımız elə bu fikrin bariz nümunəsi oldu. Görün Mütəllibovun vaxtında bizim üçün nə deyirdilər – ANS Elçibəyin adamıdır. Elçibəy gələndə, biz olduq Heydər Əliyevin adamı. Heydər Əliyevin zamanında güya Rəsul Quliyevə «işləyirdik». Sonra Fərhad Əliyevin adamı olduq. Nəhayət, çığır-bağır saldılar ki, ay aman, İlham Əliyev ANS-i alıb. ANS-çilər hamısı satılıb. Axırı nə oldu? İlham Əliyevin hakimiyyəti bizi bağlayanda, mənim bu sözləri yazan bədbəxtlərə yazığım gəldi.

Biz o hadisədən məğlub çıxmadıq. Bütün dünyaya bəlli oldu ki, Azərbaycanda azad media qurumu var. Və biz ANS-in bu müstəqilliyini bu günə kimi qoruyub-saxlamışıq. ANS Azərbaycan tarixində böyük rol oynayıb, oynayır və oynayacaq da. Bu rol - xalqa xidmətdir. Kimsə ANS-i istəyir, kimsə istəmir. Bu, aydındır. Ancaq bu, faktdır ki, elə istəməyənlər də dara düşəndə, ANS-ə üz tuturlar.

İlhamə Qasımlı: Bir vaxtlar camaat dara düşəndə Moskvanı yada saldığı kimi...

V. Mustafayev: (gülür) Siz demişkən, əvvəl Moskvaya müraciət edilirdi, indi ANS-ə. Bir kecmiş məmuru götörön. Bizi olmazın təhqir etdi – «rədd ol» dedi. Sonra əleyhimizə qərar çıxarmaq üçün məhkəməyə verdi. Sonda nə oldu? Onun vəkili əlində məhkəmə qərarı yenə də bizə üz tutdu və dedi ki, mən heç zaman inanmazdım ki, siz bizi elədiklərimizdən sonra qəbul edəsiniz.

Sevinc Osmanqızı: Biz eyni reaksiyanı Eynulla Fətullayeva münasibətinizdə də gördük.

Vahid Mustafayev: Bəli, Eynulla bizim haqda, Çingiz haqda nələr yazmadı? Ancaq biz bağlananda, bir telekanaldan belə səs-soraq çıxmadı. Bu, böyük təhlükədir.

Sevinc Osmanqızı: Bəs sual oluna bilər ki, Siz bunları nə üçün edirsiniz? Nəyin naminə? 

Vahid Mustafayev: Biz efirdən hesab çürütmək üçün sui-istifadə etmirik, düşmənçilik siyasəti aparmırıq. Mən mətbuata CNN, BBC, ZTV - dən öyrənərək gəlmişəm. Mənim qanıma o prinsiplər işləyib. Bilirsiz ki, Qamsaxurdiyanı bunkerdə tapıb, müsahibə alan bircə mən oldum? O mösahibəni Moskvadakı bir neçə əcnəbi telekampaniyaya satıb. Bircə günün içində 28000 ABŞ dolları qazandım. Bu o zaman üçün olduqca böyük məbləğ idi. Ancaq mən qazancımı elə-belə yemədim. Hamısını ANS-in gələcəyi üçün yatırdım. Biz axı Azərbaycan xalqının gözünün qarşısında böyümüşük, inkişaf etmişik. Tranşlar açılmayıb qarşımızda, pullar tökülməyib başımıza. 15 dəqiqəlik «Xəbərçidən» başlamışıq, bu günə gəlib çıxmışıq. Həmişə də ən qaynar nöqtələrdə, xalqın içərisində, onunla çiyin-çiyinə olmuşuq. Bunu kim dana bilər?  Heç yadımdan çıxmaz, «İlin adamı» mükafatını verəndə, bizim ümummilli liderimiz  Heydər Əliyev yaxınlaşdı anama. O da kövrək şəkildə dedi ki, bəs gözümüz həmişə yoldadır, bilmirik ki, harasa gedəndə sağ-salamat gələcəklər ya yox? Heydər Əliyev dedi ki, darıxma, onları mən özüm qoruyuram. Çünki o, yaxşı başa düşürdü ki, biz Azərbaycana xidmət edirik. Bu, Vahidlik, Seyfullalıq, Mirşahinlik dava deyil. ANS -bu millətin hər bir nümayəndəsinin qanından yoğrulub. 

Məhdudiyyət qoyulubmu?

İlhamə Novruzova: Efirin bərpa edilməsi müqabilində hansısa sövdələşməniz oldumu? Mövqeyinizin daha yumşaq olmasına dair təklif aldınızmı?

Vahid Mustafayev: Şəxsən ölkə Prezidentilə görüşüm zamanı o bizə heç bir məhdudiyyətlə bağlı şərt qoymadı. Bilirsiz, bizim problemimiz məlumatsızlığımızdadır. Biz nə müxalifətə işləyirik, nə də iqtidara. Biz Azərbaycan xalqına, azad Azərbaycana işləyirik. Əks halda indiyədək dəfələrlə mənə vəzifə də təklif edilmişdi, razılaşardım.

İlhamə Qasımlı: Sizə təklif edilən ən yüksək vəzifə hansı olub?

Vahid Mustafayev: Bilirsiz, çox təklif olub. Ancaq kişilər arasında olan söhbətlər kişilər arasında qalmalıdır.

İlhamə Novruzova: Sizi Azərbaycan mediasında kifayət qədər güclü fiqur sayırlar...

Vahid Mustafayev: Yox-yox, siz allah, “güclü”””” sözünö mənə aid etməyin. Həm də mən ANS-də olub ki, xadimənin belə işini görürəm, naqilləri qaynaq edirəm. Görürsünüz  hərdən fikirləşirəm ki, işimi yaxşı üursaydım, kiminsə əvəzinə lampa fırlatmazdım. Amma bu da var ki, insan gərək əl-qolunu sallayıb-oturmasın.

İlhamə Novruzova: Sizcə, hamı qollarını çırmayıb, tək də olsa mübarizəyə başlamalıdır?

Vahid Mustafayev: Nuh da tək olub, Məhəmməd peyğəmbər də. Yaxın tarixə nəzər salaq. Heydər Əliyev də tək idi. Baxın, bizim televiziyanı bağlayanda, mən gördüm ki, boş vaxtım yaranıb. Nə etdim, 17 günə 2 yeni şey yaratdım. Biri «Bakı-film» studiyası. Artıq bu günlərdə bizim istehsalımız olan «Qızlar» serialı çıxır ekranlara. Sonra da yeni saytımızı. Baxmayaraq ki, bu günlər bizə 750 min ABŞ dolları ziyan dəymişdi, işçilərimizin nəinki maaşını, hətta əlavə mükafatını da verdik. Vaxt itirmək olmaz, işləmək lazımdır.

İlhamə Novruzova: “ANS məktəbi” deyilən anlayış var. Qəribədir ki, ANS-in «şinelinden» çıxan çoxu zaman-zaman başqa televiziyalara, media qurumlara transfer etsə də, sonda qayıdır. Sizcə niyə?

Vahid Mustafayev: ANS bir «hob»dur, qaynardır sanki. Bura gələn hərənin də öz tıxacı var. Salıb o hoba, qoşulur bizə. Çıxıb gedəndə də teli uzundursa, bizdən qaynaqlanmaqda davam edir. Yox, əgər teli qısadırsa, qırılıb qalır. Qayıdanda isə görür ki, vaxtı hədər verib. Çünki bizdə daim təkmilləşmə gedir. Bəs onlara digər yerlərdə deyirsiz, çatışmayan nədir? Sərbəstlik. Bizdə olan daxili azadlıq. Özü də gedənləri də, qayıdanları da çalışırıq, anlayaq, münasibət saxlayaq arada.

Sevinc Osmanqızı: Biz söhbətə qadın mövzusu ilə başlamışdıq. Mən Sizi Vahid Naxış kimi tanıyanda fikirləşirdim ki, gör necə güclü kişi olmalısan ki, zərif qadın adını özünə götürəsən, onu fəxrlə daşıyasan. Buna, məncə, hər kişinin cəsarəti çatmaz.

Vahid Mustafayev: O mənim anamın adıdır. Və düz dediniz ki, mən bu adı böyük fəxrlə daşıyıram. Çünki bu ana Azərbaycana Çingiz Mustafayev kimi oğul verib. Və tək mənim anam deyil, bütün analar bu şərəfə, bu sevginin nümayişinə layiqdirlər... 

 

müsahibəni rusca oxu 

 

© 2008-2009 Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə edərkən "Women's Media Watch" Azərbaycan Qadın Jurnalistlər Birliyinə istinad zəruridir.


Səhifələr: « Geriyə 1 2 İrəli » 

 
 
 

Şərhlər
    Nata
  • ANS hemishe lider olub telekanallar arasinda. Olacag da. ABS-da CNN kimi. ANS-in adi-sani var!!! Men ve menim ailem uchun nomre bir olarag galir ve galacag da!!! Vahid beye ve Mir Shahine ugurlar!!!
     
  • Azer Bakhshiyev
  • ANS hemishe "ingilis bayragi" kimi yirgalanib. Belke, bu ozu de bir bacarigdir. Mustegil olmadigi halda, mustegil teessurati baqislamaq. Eshq olsun!
     
  • Nigar
  • ANS 3 yabanci dilinden emele gele sozu (ANS)ALLAH(c.c) iradesiyle ozumuzunkulesdirerek hec kesin ferqine varmayacaq qeder xalqin yaddasina yeni ve evezsiz guclu damgayla vurmagi bacaran bir HAKIMIYYETDIR.
     
  • ANS delisi
  • ANS!!!!!!!!!!!!!!!!!!!!
    Mən səninlə fəxr edirəm!!!!!!!!!!!!!!
     
  • Aygun
  • Ans-i cox sevirem.Ancaq bu sevgi ona delalet etmirki men onda bezi sehvleri musahide etmeyim.Bezi telekanallar ANS-de de gormek isdediyim ancaq gore bilmediyim bir cox seyler var.Amma dusunurem ki ans-i menim gozumden hec ne sala bilmez.Bir seyde var ki ideal hecne yoxdur.Birde ans dollar deyilki onu hami seve.:)Vahid Musdafayeve onun simasinda butun ans kolllektivine ugurlar.
     
  • Aygun
  • ANS-in butun kollektivini salamlayiram.Basda Vahid Mustafayev olmaqla heminiz supersiz.Bezi pis fikir insanlarin bed dusuncelerine fikir vermeyin.ANS-dollar deyil ki onu hami beyensin.Siz sukani bele saxlayin.Beli sizde bezi deyisiklikler var amma ne etmek olar sizi de basa dusurem bir az cox danisan da......Neyse haminiza ugurlar.Daima DEQIQ,QEREZSIZ,VICDANLI olun.
     
  • xayal89
  • Duzdur Ans yaxshi kanaldi ama etiraf eliyek ki evvelki ans deyi ovaxt chingizin yolunu tutmushdur indi ise hakimiyeetin yolunu tutb
     
  • Qaslmov Kamil
  • salam,ANSle hamisha faxr etmishik,bizim ailanin 90% baxdlgl kanal ASNdir.17gun ANS bagLl qaldl,Azerbaycan telemakanlnda boyuk bir boshluq yarandl.Basha dushuldu ki,Xalqln sevdiyi kanal ANSdi.Ugurlar siza.
     
  • Yusif
  • Dialoqunuzu sonacan oxudum hem de maraqla. Men de ANS mektebinden cox shey oyrenmishem.Shexsen Mustafayevin ozunden. Maraqlidi goresen o «hob»un ipini qerezli kesdiren "keslerin" ipli hakansa qirilacaq? İlhamə Novruzova: ANS məktəbi deyilən anlayış var. Qəribədir ki, ANS-in «şinelinden» çıxan çoxu zaman-zaman başqa televiziyalara, media qurumlara transfer etsə də, sonda qayıdır. Sizcə niyə? Vahid Mustafayev: ANS bir «hob»dur, qaynardır sanki. Bura gələn hərənin də öz tıxacı var. Salıb o hoba, qoşulur bizə. Çıxıb gedəndə də teli uzundursa, bizdən qaynaqlanmaqda davam edir. Yox, əgər teli qısadırsa, qırılıb qalır. Qayıdanda isə görür ki, vaxtı hədər verib. Çünki bizdə daim təkmilləşmə gedir. Bəs onlara digər yerlərdə deyirsiz, çatışmayan nədir? Sərbəstlik. Bizdə olan daxili azadlıq. Özü də gedənləri də, qayıdanları da çalışırıq, anlayaq, münasibət saxlayaq arada.
     
  • Aziz
  • Salam.Daima izlediyim kanallardan biride Ans kanalidir cunki xalqa xidmet edir bezi sirrlerin ustun acir
     

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 

 
        Qanunlar
 İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 KIŞİ VƏ QADINLARIN (QENDER) BƏRABƏRLİYİNİN TƏMİNATLARI HAQQINDA QANUN
 QADIN VƏ KİŞİLƏRİN HÜQUQ BƏRABƏRLİYİNİN DÖVLƏT TƏMİNATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYA ALMAQ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 "İNFORMASİYA ƏLDƏ ETMƏK HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
 TELEVIZIYA VƏ RADİO YAYIMI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
  «KÜTLƏVI INFORMASIYA VASITƏLƏRI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 
 

Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC