AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Gender
      Bizim tədbirlər
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
    YENİ LAYİHƏLƏR
 "Azərbaycanı tanı Aynur Talıbova ilə"

 

 "Cümə söhbəti Sevinc Osmanqızı ilə"

 Biz anayıq

 Etibar Babayev

 Flora Xəlilzadə

 
        Sorğu
Əmək Məcəlləsinə Atalıq məzuniyyətinin əlavə olunmasını necə dəyərləndirirsiniz?
Çox dəstəkləyirəm. Körpəyə hər 2 valideyn qulluq etməlidir
Dəstəkləyirəm. Qadına kömək olar
Dəstəkləmirəm. Onsuz da kişilər uşağa baxan deyillər
Əleyhinəyəm. Kişilər pul qazansın, uşağa özümüz baxarıq
Rəyim yoxdur

Cəmi səs verənlər: 158

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

İyul 2009

»

    

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

             
 
    Ön səhifə   Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
« TƏBİİ DOĞUŞ QEYSƏRİYYƏ ƏMƏLİYYATİNA QARŞI» KAMPANİYASI

19  NOYABR  2007 –  İL TARİXİNDƏ 

« TƏBİİ DOĞUŞ QEYSƏRİYYƏ ƏMƏLİYYATİNA QARŞI» 

KAMPANİYASINA START VERİLDİ

Kampaniyanın təşəbbüskarı olan  «W M W» Azərbaycan Qadın Jurnalistlər Birliyinin  sədri Sevinc Osmanqızı son zamanlar cərrahi müdaxilə yolu ilə ana olmaq istəyən qadınların sayının artması tendensiyasının mövcudluğunu vurğulayaraq,  bu haqda əksər qadınların məlumatsız olduğunu bildirdi. Belə ki, 3 ay davam edəcək kampaniya da məhz maarifləndirici xarakter daşıyaraq, bu boşluğu müəyyən qədər doldurmalıdır.

Birliyin üzvü  İlhamə Novruzova ÜST-nın ekspertlərinin fikrincə, qeysəriyyə əməliyyatlarının təbii doğuşa nisbətinin 15 faizi aşmaması ilə bağlı tövsiyəsinin olduğunu xatırlatdı. Azərbaycanda bu sahədə rəsmi göstəricinin 13 faiz olduğu açıqlansa da, İ. Novruzova bu rəqəmin mübahiəsi olması fikrindədir. Onun fikrincə, qadın məsləhətxanalarında, xəstəxanalarda qadına qeysəriyyə əməliyyatlarının təsirilə bağlı istər şifahi məlumat verilməsi, istərsə də yazılı formada xatırlatma bukletlərinin paylanması zəruridir.

Bakı şəhərinin baş mama - ginekoloqu Zemfira Topçubaşova  da qeysəriyyə əməliyyatlarının sayınını artması ilə bağlı həyəcan təbili çalmağın zamanının yetişdiyini bildirdi. Təcrübəli həkim hesab edir ki, əgər qadınlar qeysəriyyə əməliyyatı zamanı və sonra cərrahi müdaxilənin doğurduğu mümkün fəsadlar, onun ananın və uşağın orqanizminə təsiri haqda məlumata malik olsa idilər, belə vəziyyət yaranmazdı.

«W M W» Azərbaycan Qadın Jurnalistlər Birliyinin üzvü  İlhamiyyə Rzayeva belə sual qoydu: gələcək ana sesimində yalnız öz təşəbbüsünə arxalanmaq hüququna malikdir ya burada yeganə meyar mütəxəssis rəyi olmalıdır? Müvafiq qanunvericilik qadının tibbi müəssisəyə gələrək, «Mən əməliyyat yolu ilə uşaq dünyaya gətirmək istəyirəm» seçiminə haqq qazandırırmı? Ümumiyyətlə, əməliyyatların sayının artması yalnız qadınların özləri üçün daha asan və ağrısız doğuş imkanı aramasından irəli gəlir ya başqa səbəblər var? «W M W» Azərbaycan Qadın Jurnalistlər Birliyinin üzvü Sevinc Telmanqızının ölkə xəstəxanalarında təbii doğuş və qeysəriyyə əməliyyatlarının qiymətilə bağlı açıqladığı rəqəmlər də bu baxımdan maraq doğurdu.

Kampaniyanı dəstəkləyən isveçrəli həkim Süzen Ras  və amerikalı tibb bacısı Emi Nyubay qeysəriyyə əməliyyatı və təbii doğuş probleminin əcnəbi ölkələrin praktikasında özünü necə təzahür etməsi haqda danışdılar.

Sonda Sevinc Osmanqızı 3 aylıq kampaniyanın gedişatına dair məlumatı açıqladı.  

ƏZİZ XANIMLAR

HAMINIZI « TƏBİİ DOĞUŞ QEYSƏRİYYƏ ƏMƏLİYYATİNA QARŞI»  

KAMPANİYASINDA FƏAL İŞTİRAK ETMƏYƏ DƏVƏT EDİRİK.



 
 
 

Şərhlər
    Gulnar Mesimli
  • Azerbaycan Qadin Jurnalistler Birliyinin butun uzvlerini salamayiram. Bu kompaniya vasitesile cox vacib meseleni on plana cixartmisiniz. Dushunurem ki son zamanlar qeyseriyye emeliyyatina maraqin artmasi qadinlar arasinda melumat azliqinin az olmasi ile baqlidir. Bu eemeliyyatin torede bileeceyi fesadlar haqqinda qadinlarda melumat olarsa bu qeder axin da olmaz. Bu kompaniyada size uqurlar arzulayiram. BIz de "Aile Hekimi" jurnali olaraq bu ishde elimizden geleni edeceyimize inaniriq. Novbeti nomrede bu haqqda material derc edeceyimizi dushunuruk.
    Derin hormetle: "Aile Hekimi" jurnalinin bash redaktoru Gulnar Mesimli
     

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 

 
        Qanunlar
 İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 KIŞİ VƏ QADINLARIN (QENDER) BƏRABƏRLİYİNİN TƏMİNATLARI HAQQINDA QANUN
 QADIN VƏ KİŞİLƏRİN HÜQUQ BƏRABƏRLİYİNİN DÖVLƏT TƏMİNATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYA ALMAQ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 "İNFORMASİYA ƏLDƏ ETMƏK HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
 TELEVIZIYA VƏ RADİO YAYIMI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
  «KÜTLƏVI INFORMASIYA VASITƏLƏRI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 
 

Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC