AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Gender
      Bizim tədbirlər
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
    YENİ LAYİHƏLƏR
 "Azərbaycanı tanı Aynur Talıbova ilə"

 

 "Cümə söhbəti Sevinc Osmanqızı ilə"

 Biz anayıq

 Etibar Babayev

 Flora Xəlilzadə

 
        Sorğu
Əmək Məcəlləsinə Atalıq məzuniyyətinin əlavə olunmasını necə dəyərləndirirsiniz?
Çox dəstəkləyirəm. Körpəyə hər 2 valideyn qulluq etməlidir
Dəstəkləyirəm. Qadına kömək olar
Dəstəkləmirəm. Onsuz da kişilər uşağa baxan deyillər
Əleyhinəyəm. Kişilər pul qazansın, uşağa özümüz baxarıq
Rəyim yoxdur

Cəmi səs verənlər: 158

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

İyul 2009

»

    

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

             
 
    Ön səhifə   Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Elçin Şıxlinski: «Rahat yaşamaq istəyirsənsə, işəgötürənin şərtlərilə razılaşmalısan»

Sevinc Mirzəyeva (bundan sonra S.M.). Bu dəfəki dəyirmi masamızın qonağı Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna-Zerkalo» zəzetinin .......(qısa pauza)

Elçin Şıxlinski (bundan sonra E. Ş.). Mənə elə gəlir ki, heç girişə ümumiyyətlə ehtiyac yoxdur. Sadəcə Elçin Şıxlı.

S. M. Daha çox TV-lərdən eşidirik ki, qadın dekretə yollanarkən, çox zaman bu onun üçün biryolluq gediş ola bilər. Məsələn, Siz özünüz, baş redaktor kimi, bir var ki, sərbəst jurnalist qadın işə götürürsünüz, bir də var ki, qadın işə gələrkən, özü ilə böyük bir çemodan gətirir. Bu çemodanın içində uşaqlar, ailə qayğıları və daha nələr olur. Əslində qanunla baxanda, bu problem yaratmamalıdır. Lakin Azərbaycan mediasında bu sahədə reallıq necədir?


E. Ş. Sözün açığı, mənim də bu dekret sarıdan başım çox çəkib. Məndə məsul katibin köməkçisi işləyən bir xanım var idi. Mən onun işindən çox razı idim. Çünki olduqca çalışqan idi. Özü də onun bu mərtəbəyə gəlib-çatması üçün bir neçə il əmək sərf etmişdik. Ailə qurdu. Xoşbəxt olsun, övladı dünyaya gəldi, və dekretə yollandı. Mən onun yerinə müvəqqəti işçi götürmüşəm. Çünki çox istəyirəm ki, məhz həmin xanım özü işinin başına qayıtsın. Lakin ordan-burdan qulağıma çatır ki, onun geri qayıtmaq fikri yoxdur. İndi təsəvvür edin ki, mənim neçə illik zəhmətim demək olar ki, puça çıxıb. Mən birinci oturub dekretin başa çatmağının gözləməliyəm. Sonra da o gəlib ərizəsini yazacaq. Mən təzədən kimisə işə götürüb, ona yenə də bir neçə ilə həmin işin spesifikasını öyrətməliyəm. Təbii ki, bu mənim üçün ciddi problemdir.

Bizim qəzetdə qadınlarla bağlı vəziyyət elədir ki, kişilər qadınlardan daha çoxdur. Bu mənim baş redaktor kimi apardığım siyasətdən irəli gəlmir. Sadəcə olaraq, məsələn, redaktor, məsul katib gecə saat 1-2 –dək bəzən işdə qalmalı olur. Buna da hər bir qadının imkanı yoxdur. Xüsusən də ailəli qadınlar bu ritmlə işləyə bilmir. Lakin ümumən götürdükdə, bizdə jurnalistika digər sahələrə nisbətən, daha azad iş rejimində işləməyə imkan verir. Hər şey jurnalistin özündən asılıdır. Adam var ki, materialı 2 saata hazırlayır...Eləsi də var ki, bir yazı yazmaq üçün ona heç 12 saat da bəs eləmir. Başqa bir tərəf. Gün ərzində neçə yazı yazmaq. Kim 50 maatla kifayətlənirsə, 3 saat işləyir, kim 150 qazanmaq istəyirsə, 9-10 saat.

Yəni bütün bunlar fərdidir. Mən işçidən saat 9-dan 6-yə qədər işdə oturmağı tələb etmirəm. Elə əməkdaşım var ki, materialı internetlə belə yollayır. Sadəcə işin həcmi və yazını təhvil vermə zamanı var. Buna riayət olunmalıdır.

 «Qanunvericiliklə işləməyi tələb edən jurnalistlər uduzacaq»

İlhamə Novruzova (bundan sonra İ.N.). Mən özüm «Speys» şirkətində çalışarkən, bizdə iş saatı saat 10-da başlayırdı. Vəziyyət elə gətirmişdi ki, evə gecə saat 1-dən tez gedib-çıxa bilmirdim. Çünki saat 12-in yarısı canlı efirimiz var idi. Lakin təbii ki, bu əlavə saatlar üçün kompensasiya istəmək niyyətində belə deyildim. Çünki bilirdim ki, onsuz da ödənməyəcək. Şirkətin belə imkanı yoxdur. Sizdə bu sahədə vəziyyət necədir?

 


Səhifələr: « Geriyə 1 2 3 4 5 İrəli » 

 
 
 

Şərhlər
  • Şərh yoxdur  

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 

 
        Qanunlar
 İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 KIŞİ VƏ QADINLARIN (QENDER) BƏRABƏRLİYİNİN TƏMİNATLARI HAQQINDA QANUN
 QADIN VƏ KİŞİLƏRİN HÜQUQ BƏRABƏRLİYİNİN DÖVLƏT TƏMİNATLARI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 ƏTRAF MÜHİTƏ DAİR İNFORMASİYA ALMAQ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 "İNFORMASİYA ƏLDƏ ETMƏK HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
 Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu
 TELEVIZIYA VƏ RADİO YAYIMI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
  «KÜTLƏVI INFORMASIYA VASITƏLƏRI HAQQINDA» AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 
 

Bizimlə tanışlıq    Fotoalbom    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC