I Fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı anlayışlar istifadə edilir:
1.0.1. qender - ictimai-siyasi həyatın müxtəlif sahələrini əhatə edən kişi və qadın münasibətlərinin sosial-mədəni aspekti;
1.0.2. bərabər imkanlar - insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan real bərabər şərait və təminatlar;
1.0.3. qender ayrı-seçkiliyi - cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, istisna və ya üstünlük;
1.0.4. qender bərabərliyi - qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti;
1.0.5.seksual qısnama - əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici xahişlərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış.
Maddə 2. Qanunun məqsədi
Bu Qanunun məqsədi kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqlarının təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır.
Maddə 3. Bu Qanunun şamil edilmədiyi sahələr
Bu Qanunun müddəaları şəxsi və ailə hayatına, dini icmaların fəaliyyətinə şamil edilmlr.
Maddə 4. Qender ayrı-seçkiliyinə və seksual qısnamaya yol verilməməsi
4.1. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır.
4.2. Aşağıda sadalananlar ayrı-seçkilik hesab olunmur:
4.2.1.hamiləlik, doğuş və uşağa qulluq dövründə qadınların xüsusi olaraq qorunması və müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar;
4.2.2. kişilər üçün həqiqi hərbi (alternativ) xidmətə çağırış;
4.2.3. qadın və kişilər ücün qanunla müəyyənləşdirilmiş fərqli pensiya yaşı;
4.2.4. qanunla əmək münasibətlərində müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar;
4.2.5. ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması;
4.2.6. qadın və kişilər üçün cəza təyin edilərkən fərqli qayda və şəraitin tətbiq edilməsi;
4.2.7. qadınlara qarşı cinayətin törədilməsi ilə bağli məsuliyyətin müəyyən edilməsi;
4.3. seksual qısnama qadağandır.
Maddə 5. Qender bərabərliyinin təmin edilməsi üzrə dövlətin fəaliyyətinin əsas istiqamətləri
5.0. Qender bərabərliyinin təmin edilməsi üzrə dövlətin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
5.0.1.qender bərabərliyinin təmin edilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı;
5.0.2.normativ hüquqi aktların qender ekspertizasından keçirilməsi;
5.0.3.qender bərabərliyinə nail olmağa yönəlmiş dövlətin məqsədli proqramlarının hazırlanması və həyata keçirilməsi;
5.0.4.qender bərabərliyi mədəniyyətinin təbliği;
5.0.5.Kişi və qadınların bərabərliyi baxımından Azərbaycan Respublikası qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması.
II Fəsil
Dövlətin idarə olunmasında və dövlət qulluğu keçməkdə qender bərabarliyinin təminatları
Maddə 6. Dövlətin idarə olunmasında qender bərabərliyinin təminatı
Hüquqi, təşkilatı və digər mexanizmlər vasitəsilə dövlət kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, bərabər imkanların yaradılmasına, qender bərabərliyi təmin edilməsinə və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması təminat vverir.
Maddə 7. Dövlət qulluğunda qender bərabərliyinin təminatı
7.1. Cinsindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarının dövlət qulluğuna girmək hüququ vardır.
7.2. Dövlət orqanlarının rəhbərləri, cinsindən asılı olmayaraq vətəndaşların qabiliyyətinə və peşə hazırlığına uyğun olaraq, onların dövlət qulluğuna qəbul edilməsi üçün bərabər imkanlar yaratmalıdırlar.
7.3. Dövlət orqanlarında inzibati vəzifələrin tutulması üçün elan edilmiş müsabiqədə kişi və qadınlar bərabər qaydada iştirak edirlər.
7.4. Dövlət qulluğuna qəbul və dövlət orqanlarında sonrakı fəaliyyətin həyata keçirilməsi zamanı kişi və qadınlar bərabər hüquq və imkanlara malik olmaqla, bərabər vəzifə və məsuliyyət daşıyırlar.
7.5. Dövlət qulluğuna qəbul və dövlət qulluğunu keçmə zamanı cinsi mənsubiyyətə görə məhdudiyyətlərin və mtiyazların tətbiqi yolverilməzdir.
7.6. Dövlət qanunveriçilik, icra və məhkəmə hakimiyyəti orqanlarında dövlət qulluqçularının tərkibində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi ilə bağlı müvafiq tədbirlər görür.
Maddə 8. Bələdiyyə qulluğunda qender bərabərliyinin təmin edilməsi
8.1. Bələdiyyə qulluğuna qəbul və bələdiyyə orqanlarında fəaliyyəti zamanı kişi və qadınlar bərabər hüquq və imkanlara malik olmaqla, bərabər vəzifə və məsuliyyət daşıyırlar.
8.2. Bələdiyyə qulluğıında cinsi mənsubiyyətə görə məhdudiyyətlərin və imtiyazların tətbiqi yolverilməzdir.
Maddə 9. Peşə, məşğuliyyət seçilməsində və əmək fəaliyyətində bərabər imkanlar
9.1. Dövlət peşə və məşğuliyyət seçimində, əmək fəaliyyətində kişi və qadınlar üçün bərabər imkanların yaradılmasını təmin edir.
9.2. İşəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir.
9.3. İşə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı və işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən kişi vəaqadınlara fərqli yanaşdıqda, işəgötürən həmin fərqli yanaşmanın işçinin cinsi mənsubiyyətiailə bağlı olmadığını sübut etməlidir.
9.4. Işə qəbul edilmək barədə müraciətə rədd cavabı almış şəxs işəgötürəndən işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqayisədə malik olduğu təhsil, peşəvhazırlığı,vtəcrübə,speşə keyfiyyətləri və digər üstünlüklər barədə yazılı izahat tələb etmək hüququna malikdir.
Maddə 10. Ayrı-seçkiliyi əks etdirən elan
10.1. İşə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, işaxtaranın ailə vəziyyəti və ya şəxsi hayatı barədə məlumatlar sorğusuna yol verilmir.
10.2. Alçaldıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi qadağandır.
10.3 Yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. 10.4. Bu Qanunun 10.3.-cü maddəsində göstərilən elanların dərc edilməsinə yalnız o halda yol verilir ki, əmək funksiyaların xüsusiyyətlərinə görə işçinin cinsi müəyyənedici şərt olsun.
Maddə 11. Əməyin ödənilməsində bərabərlik
11.1.Cinsindən asılı olmayaraq bir müəssisədə işləyən, eyni ixtisas dərecəsifiə maalik olan, eyni iş şəraitində işləyən, eyni işi görən işçilərə əmək haqqı, həmçinin mükafatlar vəmişçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlə eyni ödənilməlidir.
11.2.Eyni işi yerinə yetirən kişi və qadınların əmək haqqı müxtəlif olduqda, işəgötürən əmək haqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını sübuta yetirməlidir.
Maddə 12. İşçilərin əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi hallarında hüquq bərabərliyinin təminatları
İşçilərin əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi hallarında işdən azad edilən bir cinsdən olan şəxslərin sayı həmin müəssisədə bu cinsdən olan işçilərin ümumi sayına mütənasib olmalıdır.
Maddə 13. İşəgötürənin vəzifələri
13.0. İşəgötürənin aşağıdakı vəzifələri vardır:
13.0.1. işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən və ya işin müvəqqəti olaraq dayandırıldığı zamanı kişi və qadınlara eyni yanaşmaq;
13.0.2. cinsindən asılı olmayaraq bir müəssisədə işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni işi görən işçilərə əmək haqqı eyni ödəmək;
13.0.3. eyni işlə məşğul olan kişi və qadınlara eyni iş şəraitini yaratmaq;
13.0.4. eyni pozuntuya görə kişi və qadınlara fərqli intizam tənbehi tədbirini tətbiq etməmək;
13.0.5. Bu Qanunun 10.1-ci və 10.2-ci maddəlarinin tələblərini yerinə yetirmək;
13.0.6. qender ayrı-seçkiliyinin və seksual qısnamanın qarşısını almaq üçün lazımı tədbirlər yetirmək.
Maddə 14. İşəgötürən tərəfindən seksual qısnamaya məruz almış
Kişi və qadınlara qarşı hər hansı tezyiqin yolverilməzliyi
İşəgötürənin seksual qısnamalarını rədd etmiş və ya cinsi ayrı-seçkilik tətbiq edildiyinə görə işəgötürəndən şikayət etmiş müxtəlif cinsli işçilər işəgötürən tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər.
Maddə 15. Təhsil hüququnun həyata keçirilməsində bərabər imkanlar
15.1. Dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir.
15.2. İşəgötürən kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır. Dövlət bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.
15.3. Dərsliklər qender bərabərliyi prinsipinə əsaslanmalıdır.
Maddə 16. Tədris müəssisələrinin fəaliyyətində ayrı-seçkilik
16.0. Tədris müəssisələrin fəaliyyətində aşağıdakı hallar cinsi ayrı-seçkilik kimi qiymətləndirilə bilər:
16.0.1. qəbul zamanı, tədris planı tərtib olunarkən və ya biliyin qiymətləndirilməsi zamanı kişi və qadınlara qarşı fərqli tələblərin tətbiq edilməsi;
16.0.2. təhsil sahəsinin seçilməsində fərqli imkanların yaradılması.
Maddə 17. Iqtisadi və sosial münasibətlərdə qender bərabərliyinin təminatları
17.1..Dövlət kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasına təminat verir.
17.2. Dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı sosial yardımın və digər sosial güzəştlərin alınmasında bərabər imkanların yaradılmasına təminat verir.
Maddə 18. Siyasi partiyaların və qeyri-hökumət təşkilatların fəaliyyətində kişi və qadınların (qender) bərabərliyinin təminatları
18.1. Siyasi partiyalar və qeyri-hökumət təşkilatlar öz üzvləri olan kişi və qadınlar üçün bərabər imkanlar yaratmalıdırlar.
18.2. Siyasi partiyalara və qeyri-hökumət təşkilatlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır.
18.3. Qeyri-hökumət təşkilatları qender bərabərliyi mədəniyyətinin təbliği sahəsində tədbir görməlidirlər.
18.3. Bu Qanunun 18.3-cü maddəsində göstərilən tələb hər hansı cinsin xüsusi maraqlarının müdafiəsi məqsədi ilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir.
Maddə 19. Kompensasiya almaq hüququ
Kişi və qadınların (qender) bərabərliyinin pozulmasına görə zərər çəkmiş və (və ya) seksual qısnamaya məruz qalmış şəxs qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya almaq hüququna malikdir.
Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun müddəalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Maddə 21. Kişi və qadınların (qender) bərabərliyinin təmin edilməsinə nəzarət
Kişi və qadınların (qender) bərabərliyinin təmin edilməsinə nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Maddə 22. Qanunun qüvvəyə edilməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.