AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Qadının səlahiyyətlənməsi
      Qadın və uşaq sağlamlığı
      Rəy yazıları
      Xəbər bülletenləri
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
 
        Sorğu
Azərbaycanda Azadlıq, BBC və Amerikanın səsi radiostansiyalarının yayımının dayandırılmasına münasibətiniz necədir?
Dəstəkləyirəm
Dəstəkləmirəm
Rəyim yoxdur

Cəmi səs verənlər: 30

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

Dekabr 2008

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
    Ön səhifə   Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
İş yerində qadını təqib

İşdə daxili qaydalar təzyiqə keçərkən.....

İşgüzar qadın....Ələlxüsus da o gözəgəlimli və yaraşıqlıdırsa, bu əksər hallarda kişi kolleqalar arasında müzakirə, bəzənsə hətta mübahisə mövzusuna belə çevrilir. Əslində Azərbaycan kimi kifayət qədər konservativ dəyərlərə əsaslanan bir məmləkətdə Avropada geniş qalmaqallara səbəb olant seksual təqib haqda danışmaq bəlkə kimlərəsə yersiz görünə bilər. Əslində isə zorakılıqla bağlı məsələdə olduğu kimi, bu problemin də üzərindəki tabu onun yoxluğu ilə deyil, sadəcə bu haqda danışmağın elə təqib qurbanlarına xeyirdən çox ziyan gətirəcəyi ilə bağlı bərqərar olan fikirlə bağlıdır. Qadın nə vaxt bəyan edə bilər ki, ona iş yerində təzyiq göstərilir? Bu çox incə məqamdır və geniş təhlil tələb edir. Məsələn, kiməsə kompliment deyilməsi təqib sayıla bilərmi? Baxır necə?

Tərif yoxsa təqib?

Əgər bu kompliment qadın tərəfindən arzuolunmaz hesab edildiyi təqdirdə belə, davamlı formada təkrar edilirsə, hətta yaxın münasibətlərə eyham vurulursa, bu şəksiz təqibdir. Əlbəttə, belə halları kişinin işıə gələn qadına «Sən bu gün olduqca gözəl görünürsən» yaxud «Bu don sənə necə də yaraşır» deməsi kimi ibarələrlə qarışdırmaq lazım deyil. Həmçinin qadının arxasınca uzun-uzadı yönlənən baxışlar, eyhamlar, atmacalar - bunların da çərçivəsi mövcuddur. Bu kəsişmə xətlərinin müəyyən edilməsinə gəldikdə isə, əksər ölkələrdə iş yerində təqiblə bağlı mütəmadi təlimlər və treninqlər keçirilir. Məsələn, ABŞ-da olan təşkilatların hamısı üçün istisnasız qaydada qadınlara qarşı təqiblə mübarizə siyasəti yürütmək vacibdir. Bu siyasətin tərkib hissəi kimi ildə ən azı 2 dəfə treninqlər təşkil edilir. Əlbəttə ki, burada da problemlər yox deyil. Belə ki, treninq iştirakçılarından heç də hamısı iş yerində nə vaxtsa təqibə məruz qalması və yaxud hal-hazırda bu problemi yaşaması haqda açıqlama verməkdən çəkinmir. Əsas səbəb əlbəttə ki, işdən ayrılmaq məcburiyyətində qalma qorxusudur. Maraqlı nyüansdır ki, bəzən kişilər kimisə təqib etdiklərini asanlıqla boyunlarına alsalar belə, qadın bunu etiraf etməkdən təkidlə çəkinir. O reputasiyasına xələl gələcəyindən ehtiyat edir. Azərbaycanlı qadınlar da əksər hallarda məhz bu səbəbdən təqib faktını gizlədərək, hətta «güzəştə» belə gedirlər. «Adım çıxınca canım çıxsın» prinsipi bizim qadınların əleyhinə işləyən əsas amillərdəndir. Əsasən vəzifədə özündən daha yuxarı pillədə duran kişinin açıq-aşkar təqibini, hətta təhqirini belə udmasını qadının kollektivdə gözükölgəli dolaşmasından yaxa qurtarmaq istəyilə izah etmək olar. Lakin sirr deyil ki, çox zaman bu məsələ heç də gizlində qalmır. İstər məqsədinə çatan kişi , istərsə də heç nə əldə edə bilməyən səlahiyyət sahibi qadınla əlaqəsi olduğunu mütləq digərlərinin önündə büruzə verir. Birinci halda, özünü «təbliğatı» naminə... İkinci halda isə acıqdan....

Əl əli yuyar, əl isə üzü.....

Təbii ki, bu problemin də kökündə psixoloji məqamlarla bahəm sosial təzahürlər durur. Belə ki, qadının vəzifə ierarxiyasında irəliləmək üçün arxasının olması cəmiyyətin az qala yazılmamış qanununa çevrilib. Hətta bir çox qadınlar vəzifəli kişinin diqqətlini cəlb etmək üçün işə məqsədli şəkildə açıq-saçıq libaslarla gəlirlər. Təbii ki, bir neçə əcnəbi şirkət istisna olmaqla, diplomatik nümayəndəliklər istisna olmaqla, hələ ki, ölkəmizdə iş dress-kodunun daxili qaydalarla nizamlanması praktikası mövcud deyil. Əslində isə bu çox vacib məsələdir. Bəzən iş qadınının bu cür davranışının  əsasında sonradan vəzifə sahibini şantaj etmək niyyəti durur. Ya da kişiyə açıq-aşkar təklif edilərək, məqsədinə nail olandan sonra, qarşılığını görməyən qadın seksual təqib haqda həyəcan təbili çalır. Bu zaman isə artıq kimin haqlı, kimin haqsız oduğunu müəyyən etmək müşkül məsələyə çevrilir. Bu bir məqam...

Lakin əsasən bir çox təcrübəsiz qızların iş yerində təqib olunması, ona şirnikləndirici təkliflər edilməsi və əvəzində az qala qızıl dağlar vəd olunması bütövlükdə maddi imkansızlıqla bağlıdır. Cüzi maaşla dolana bilməyəcəyinin fərqinə varan xanım gec-tez ya birbaşa profilinə uyğun olan bu işi tərk etməsi, ya da şefin dediyilə razılaşıb, yumşaq kreslo sahibi olmaq pespektivini seçməsi dilemması qarşısında qalır. Bu seçim isə heç də həmişə təəssüf ki, xanımın istəyilə uzlaşmır. Problem Azərbaycanla bununla bağlı məhkəmə praktikasının demək olar ki, olmaması ilə daha ciddi xarakter alır.

Diskrinimasiya qurbanları 

Yaxın Azərbaycan reallığından yenə de qayıdaq demokratik dəyərlərə sadiqliyilə öyünən qocaman Avropaya...Avropa komissiyasının son 10 ilin əməkhaqları ilə bağlı apardığı araşdırmaların nəticəsi diqqət çəkir. Belə ki, eyni pozisiyalarda çalışan qadın və kişilərin maaşları arasındakı fərq nə az, nə çox, orta hesabla 15 faiz təşkil edir. Rəhbər vəzifələrdə əsasən güclü cinsin nümayəndələrinin çalışması işəgötürənlərin qadınların ev qayğıları ilə məşğul olması, uşaq xəstələndiyi zaman tez-tez icazə alması, dekretə çıxması və sair səbəblərlə əlaqədar kişilərə daha çox üstünlük verməsindən irəli gəlir. Özü də maraqlı faktdır, yaş ötdükcə, əməkhaqları arasındakı fərq daha da çoxalır. Məsələn, 30 yaşadək olan qadın və kişilərin əməkhaqlarının fərqi 7 faiz, 50 yaşa yaxın isə artıq 30 faiz təşkil edir.

Gender ayrı-seçkiliyinin doğurduğu bu haqsız münasibət elə çox zaman müzakirə mövzumuz olan təqiblərin əsasında durur. Özünü işdə heç cür realizə edə bilməyən (maddi baxımdan və mənəvi aspektdə) qadın özünə güclü arxa axtararaq, çox zaman bacarığına uyğun gələn vəzifə pilləsinədək bu üsulla yüksəlməyi qərar alır. Nəticə isə.....Fikirlərimizi birlikdə bölüşək...

İ. Novruzova     

 

 



 
 
 

Şərhlər
  • Şərh yoxdur  

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 
 
 Bakıda “Müasir cizgilərdə Anadolu motivləri” moda sərgisi keçirildi

Bakıda türk modelyeri Ahmet Özceyhanın qadın libaslarından ibarət moda sərgisi keçirilib.

 Bu gün ümumdünya informasiya günüdür

25 noyabr ümumdünya informasiya günüdür.

 10 dekabr Beynəlxalq İnsan Haqları günüdür

Ombudsman aparatı Polis akademiyasi ilə birgə 10 dekabr Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirib.

 Qarakənddə “Mİ-8” vertolyotunun vurulmasından 17 il ötür

Bu gün Azərbaycanın müstəqillik tarixinin daha bir faciəli hadisəsinin 17-ci il dönümüdür.

 Jurnalist İdrak Abbasov evinə edilən basqının peşə fəaliyyəti ilə əlaqədar olduğunu güman edir

”Ayna” və ”Zerkalo” qəzetlərinin müxbiri, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun əməkdaşı İdrak Abbasov evinə edilən basqını qarət məqsədi deyil digər məqsədlər üçün nəzərdə tutulduğunu hesab edir.

 Devid Kremer Azərbaycan mətbuatının vəziyyətini müzakirə edib

Bakıda səfərdə olan ABŞ-ın dovlət katibinin müavini Devid Kremer Azərbaycanın mətbuat orqanları və təşkilatlarının rəhbərləri ilə görüşərək Azərbaycan mətbuatının vəziyyətini müzakirə edib.

 ABŞ-ın dövlət katibinin müavini Devid Kramer Azərbaycana gəlir

Bu gün Bakiya gələcək ABŞ dövlət katibinin müavini Devid Kramer Azərbaycanda  “insan hüquqları və söz azadlığı” mözusunda  müzakirələr aparacaq.

 

 105.5 tezliyində “Media FM” radiosu ilin sonunda efirə çıxacaq
Bunu “Women’s Media Watch”- a müsahibəsində “Media FM”-in direktoru Tural Əliyev bildirib.
 Azərbaycan telekommunikasiya və informasiya sahəsindəki inkişafına görə MDB ölkələri arasında 1-ci yeri tutub

Bu barədə “İteka Kaspian” şirkətinin icraçı direktoru Fərid Babayev “Women’s Media Watch”- a müsahibəsində bildirib.

  Ombudsman həbsdə olan jurnalistlər Eynulla Fətullayev və Mirzə Sakitlə görüşüb
Bu barədə “Women’s Media Watch”-a ombudsman aparatının mətbuat xidmətindən göndərilən məlumatda bildirilir.
 Nurşirəvan Məhərrəmli: “2009-cu il yanvarın 1-dən “BBC”, “Azadlıq” və “Amerikanın səsi” radiolarının yayımı dayandırılacaq”
“Azərbaycanın milli tezlik və televiziya resursları Azərbaycanın milli qurumlarına məxsus olmalıdır.” Bunu “Women’s Media Watch”–a müsahibəsində Mili Televiziya və Radio Şurasının sədri Nurşirəvan Məhərrəmli bildirib.
 Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfvi ilə bağlı Prezidentə müraciət etməyi düşünür
Bu barədə “Women’s Media Watch”-a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
 Qafqaz öıkələri üçün nəzərdə tutulan yeni telekanal informasiya və maarifləndirici verilişlər yayımlayacaq

“Azərbaycanda bütün Qafqaz regionu üçün nəzərdə tutulan yeni telekanalı digər televiziya kanallarından fərqləndirən onun CNN, BBC kimi informasiya xarakterli olması olacaq “.

 Azərbaycan mətbuat azadlığı indeksində geriləyərək, 150-ci yerə düşüb
“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı keçən il üçün dünyada mətbuat azadlığı indeksini açıqlayıb. Azərbaycan bu siyahıda 150-ci yerə düşüb. 
 


 
 

Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC