AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Qadının səlahiyyətlənməsi
      Qadın və uşaq sağlamlığı
      Rəy yazıları
      Xəbər bülletenləri
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
 
        Sorğu
Azərbaycanda Azadlıq, BBC və Amerikanın səsi radiostansiyalarının yayımının dayandırılmasına münasibətiniz necədir?
Dəstəkləyirəm
Dəstəkləmirəm
Rəyim yoxdur

Cəmi səs verənlər: 30

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

Dekabr 2008

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
    Ön səhifə   Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Qadınlara qarşı zorakılıq

 Ailədə  zorakılıqnormadır ya eybəcərlik?

Adətən həyatda bir mənəvi dəyər formasında mövcud olan nəsnələr var, bir də həyatımız boyu adətkərdəliyimizdən artıq norma kimi qəbul etdiyimiz hallar. Ailə-məişət zəminində qadınlara qarşı törədilən zorakılıq şəksiz 2-cilər sırasındadır. Çünki bu eybəcərliyi heç bir dəyərlə əlaqələndirmək olmaz. Hətta qadın hansısa formada səhvə yol veribsə, ailə ənənələrinə zidd olan hərəkət edibsə belə, zorakılıq yolverilməzdir. İlk dəfə bu haqda yazım hələ qəzetdə işlədiyim zaman – 1995-cı ildə çıxıb. O zaman xatırlayıram ki, materialın ruhu da olduqca pessimist notlara köklənmişdi. Mənimçün mənim özümə doğru yönəldilən zorakılıq sonsuz uçuruma aparan yolun başlanğıcı idi. Hətta son, daha doğrusu çıxış kimi suisidi göstərməkdən belə çəkinməmişdim. Nədənsə bu məqamın fərqinə nə məsul katibim, nə də redaktorum varmamışdı.

Kişi daha ali təbəqə «simvolu» kimi...

Bəlkə də cəmiyyətimizdə qadının kişi köləliyinidən azadlıq vasitəsi kimi intihara əl atması boşanmadan daha məqbul variant kimi qəbul olunur. Absurddur... Razıyam sizinlə. Lakin bir həqiqətdir. Valideynlər, ağsaqqallar, ağbirçəklər, dəxli olanlar və olmayanlar-hamı bir ağızdan – «boşanıb, neyneyəcəksən, barış getsin, qismətinə bu çıxıb daha»-deyə «təskinlik» verirlər. Ətrafa baxıram – əslində yaxın qonşum da, can-ciyər rəfiqəm də, lap elə doğma ata-anam belə ailədə zorakılıq problemilə kiminsə dilindən deyil, şəxsən tanışdırlar. Lakin ailəni hər xırda şeyə görə dağıtmaq olmaz - deyə hamıda bir növ dözümlülük kompleksi formalaşıb. Biz dözürük. Bizim dözümlülüyümüzə baxıb, cəmiyyət və qanunlar da dözür. Biz isə nədənsə hərəkəti özümüzdən deyil, məhz qanunlardan və elə ətrafımızdakı cəmiyyətdən gözləyirik. Bax, burada qapalı dairə yaranır.

Susmaq həmişə qızıldırmı?

Nə edək? Üsyanmı? Kimə və nəyə qarşı? 2003-cu ildə ABŞ-ın ölkəmizdəki səfirliyinin xəttilə həyata keçirilən xüsusi proqram üzrə qadınlara qarşı zorakılıq mövzusunda araşdırma aparmaq imkanı əldə etdim. Nə aydınlaşdırdım? Amerikalı qadın üçün zorakılıq utanc verici bir hiss deyil. Doğrudur, bu halla qarşılaşmaqdan heç kəs qürur da duymur. Lakin amerikalı qadın bu problemi ictimai mənada dərk edir. O başa düşür ki, bu gün özü sussa, sabah eyni bədbəxtçilik yaxınının, qızının, nəvəsinin də başına gələ bilər. O danışır, haqqını tələb edir, həyatında nəyisə dəyişdirməyə çalışır. Bəs biz nə edirik? Adi televiziya proqramlarına baxaq. Çox populyar qadın proqramının aparıcısı bir dəfə mənimlə şəxsi söhbəti zamanı «adam bir qəhrəman da tapa bilmir ki, gəlib, ərinin ona əl qapldırdığını etiraf etsin» -deyə şikayətləndi. «Sən özün şəxsən zorakılıqla üzləşmisən» - deyə ona sual verdim. Əlbəttə... Dəfələrlə... Hətta əlindəki çapıq da bu nəvazişdən yadigar imiş. «Bəs sən özün , hüquqlarını bilən, həyatının  sahibi sayıla biləcək qadın belə bu etirafı etmək cəsarətini özündə tapa bilmirsənsə, başqalarından nə gözləyirsən?» - dedim ona. Və o saat da öz həyatım, və öz dözümlülük prinsiplərim yada düşdü. 1 dəfə uşaqların xatirinə... Bir dəfə valideynlərin xatirinə, bir dəfə daha nəyə görəsə....Uşaq vaxtı lap südlü sıyıq yemək üçün mənə verilən andları xatırlatdı mənə bu prinsiplərim... Lakin o zaman ağzım şirin idi bu sıyıqdan, indisə acıdan da acı.... 

Opra fenomeni

Mən 20 gün ərzində Amerikada qadınlara qarşı zorakılığın köklərini araşdırmaq üçün çox insanla ünsiyyətdə oldum. Axırda o cəsarəti tapıb, o buzu sındıraraq, «mən də sizlərdən biriyəm, gəlin bircə fikirləşək» - deyə bildim. Təcrübəm əlbəttə ki, etalon sayıla bilməz. Lakin istənilən halda əminəm ki, əgər biz qadın jurnalistlər respondentlərimizlə özümüz arasında səmimilik baryeri yarada bilməsək, bütün səylərimiz puça çıxacaq. Kimisə öyrədərək, gəl zorakılıqdan, bu saat dəbdə olan gender ayrı-seçkiliyindən danışaq - desək də, tamaşaçılar bunu sadəcə bir oyun kimi qəbul edəcəklər.

Opra Uinfri kimi bütün dünyada tok-şou janrının şəksiz kraliçəsi hesab edilən aparıcının başlıca peşəkar silahı onun səmimiliyidir. O boşanmışlara öz acı təcrübəsindən, zorakılığa məruz qalanlara hələ 14 yaşında ikən atalığının onu seksual təqib etməsindən danışmasaydı, bu qədər inam qazana bilməzdi. Opra veriliş zamanı əlçatmaz ulduz, dünyanın ən varlı qadını, popuryar aparıcı deyil, o sadəcə həyatın acı-şirinini dadmış bizlərdən biri kimi qarşımızda durur. Budur Opranın sirri. Gəlin etiraf edək ki, Azərbaycan teleməkanınıda mayası bu cür səmimiliklə yoğrulan qadın proqramları yox dərəcəsindədir. Gəlin danışaq... Bu bloq sirlərimizi bölüşmək, birlikdə düşünmək üçün bir imkandır.

Mən  - İlhamə Novruzova addım atdım, indi sıra sizdədir. Fikirilərinizi gözləyirəm.



 
 
 

Şərhlər
  • Şərh yoxdur  

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 
 
 Bakıda “Müasir cizgilərdə Anadolu motivləri” moda sərgisi keçirildi

Bakıda türk modelyeri Ahmet Özceyhanın qadın libaslarından ibarət moda sərgisi keçirilib.

 Bu gün ümumdünya informasiya günüdür

25 noyabr ümumdünya informasiya günüdür.

 10 dekabr Beynəlxalq İnsan Haqları günüdür

Ombudsman aparatı Polis akademiyasi ilə birgə 10 dekabr Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirib.

 Qarakənddə “Mİ-8” vertolyotunun vurulmasından 17 il ötür

Bu gün Azərbaycanın müstəqillik tarixinin daha bir faciəli hadisəsinin 17-ci il dönümüdür.

 Jurnalist İdrak Abbasov evinə edilən basqının peşə fəaliyyəti ilə əlaqədar olduğunu güman edir

”Ayna” və ”Zerkalo” qəzetlərinin müxbiri, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun əməkdaşı İdrak Abbasov evinə edilən basqını qarət məqsədi deyil digər məqsədlər üçün nəzərdə tutulduğunu hesab edir.

 Devid Kremer Azərbaycan mətbuatının vəziyyətini müzakirə edib

Bakıda səfərdə olan ABŞ-ın dovlət katibinin müavini Devid Kremer Azərbaycanın mətbuat orqanları və təşkilatlarının rəhbərləri ilə görüşərək Azərbaycan mətbuatının vəziyyətini müzakirə edib.

 ABŞ-ın dövlət katibinin müavini Devid Kramer Azərbaycana gəlir

Bu gün Bakiya gələcək ABŞ dövlət katibinin müavini Devid Kramer Azərbaycanda  “insan hüquqları və söz azadlığı” mözusunda  müzakirələr aparacaq.

 

 105.5 tezliyində “Media FM” radiosu ilin sonunda efirə çıxacaq
Bunu “Women’s Media Watch”- a müsahibəsində “Media FM”-in direktoru Tural Əliyev bildirib.
 Azərbaycan telekommunikasiya və informasiya sahəsindəki inkişafına görə MDB ölkələri arasında 1-ci yeri tutub

Bu barədə “İteka Kaspian” şirkətinin icraçı direktoru Fərid Babayev “Women’s Media Watch”- a müsahibəsində bildirib.

  Ombudsman həbsdə olan jurnalistlər Eynulla Fətullayev və Mirzə Sakitlə görüşüb
Bu barədə “Women’s Media Watch”-a ombudsman aparatının mətbuat xidmətindən göndərilən məlumatda bildirilir.
 Nurşirəvan Məhərrəmli: “2009-cu il yanvarın 1-dən “BBC”, “Azadlıq” və “Amerikanın səsi” radiolarının yayımı dayandırılacaq”
“Azərbaycanın milli tezlik və televiziya resursları Azərbaycanın milli qurumlarına məxsus olmalıdır.” Bunu “Women’s Media Watch”–a müsahibəsində Mili Televiziya və Radio Şurasının sədri Nurşirəvan Məhərrəmli bildirib.
 Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfvi ilə bağlı Prezidentə müraciət etməyi düşünür
Bu barədə “Women’s Media Watch”-a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
 Qafqaz öıkələri üçün nəzərdə tutulan yeni telekanal informasiya və maarifləndirici verilişlər yayımlayacaq

“Azərbaycanda bütün Qafqaz regionu üçün nəzərdə tutulan yeni telekanalı digər televiziya kanallarından fərqləndirən onun CNN, BBC kimi informasiya xarakterli olması olacaq “.

 Azərbaycan mətbuat azadlığı indeksində geriləyərək, 150-ci yerə düşüb
“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı keçən il üçün dünyada mətbuat azadlığı indeksini açıqlayıb. Azərbaycan bu siyahıda 150-ci yerə düşüb. 
 


 
 

Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC