AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Qadının səlahiyyətlənməsi
      Qadın və uşaq sağlamlığı
      Rəy yazıları
      Xəbər bülletenləri
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
 
        Sorğu
Azərbaycanda Azadlıq, BBC və Amerikanın səsi radiostansiyalarının yayımının dayandırılmasına münasibətiniz necədir?
Dəstəkləyirəm
Dəstəkləmirəm
Rəyim yoxdur

Cəmi səs verənlər: 30

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

Dekabr 2008

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
    Ön səhifə   Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Qadın və xəyanət

Azərbaycansayağı xəyanət.....

Prezidentlər Don-Juan rolunda....

Yəqin ki, çoxumuz «Amerikasayağı faciə» dedikdə, ilk növbədə böyük Drayzerin məşhur əsərini xatırlayırıq. Lakin artıq bizim üçün uzaq 1999-cu ilin ən qalmaqallı hadisəsini də hissiyyatlı amerikalılar məhz belə adlandırdılar. Söhbət Monika Levinski-Bill Klinton qalmaqalından gedir. Və yaxud kimlərinsə faciə, kimlərinsə adi həyat norması kimi qəbul etdikləri xəyanətdən.

Uzaq-yaxın sahillərdən qayıdaq doğma vətənə. Xəyanət bizim üçün nə ifadə edir? «Gəzmək», «arvad saxlamaq» epitetləri gündəlik leksikonunun ayrılmaz hissəsi olan qadınlarımızın təəəsüf ki, əksəriyyəti ərlərinin onlara mütəmadi xəyanət etdiyinə tam əmindirlər. Evə 1 saat gec gələn ər üçün qızğın istintaq prosesi qurulur. Vəziyyət bir balaca ciddiləşsə, mifik şahidlərin , yəni əri gözü ilə görən qonum-qonşunun və «sədaqətinə » şübhə belə olmyan rəfiqələrin şahid ifadələrilə dəstəklənən hökm də çıxarıla bilər. Təsəvvür edin ki, «gözəl yarısının » zəhmətkeş əlləri ilə hazırlanan ənənəvi küftə-bozbaşdan imtina edən kişinin halına acımağa dəyməzmi? «Restoranda filankəslə yeyib-içmisən» qərarının «operativliyinə» istənilən məhkəmə orqanımız həsəd apara btlər. Bəli, sirr deyil ki, qadınlarımız verdikt çıxarmağı sevirlər. Bəs kişilərimiz necə?

Orta azərbaycanlı ər 21-ci əsrdə belə

1.      Həyat yoldaşının işə getməsini qənaətbəxş hesab etmir.
2.      Qadının fiziki və mənəvi xəyanətini yolverilməz sayır.
3.      Özünün arabir xırda-para macəralarının ailə özülü üçün təhlükə kəsb edəcəyini xəyalına belə gətirmir.

«Əlində tutulmayan oğru deyil». Yəni qadın ərini cinayət, pardon xəyanət başında yaxalayıbsa, (gəlin razılaşaq ki, bunun baş vıermə ehtimalı demək olar ki, 0-dır), başqa məsələ. Lakn görək mentalitet bu halda qadınlarımıza nə məsləhət görür: «Boşanarsan, o dəqiqə evlənəcək. Pulu, maşını, babat vid-fasonu. Allaha şükür, qız qəhət deyil ki.. Sən nə edəcəksən? Döz, heç olmasa 1 parça çörəyini verir.»

Şərikli çörək

Bu çörəyin həzm olunması isə ilk növbədə  «monoqam» ər üçün əzaba çevrilir. Gizli məhəbbət macərası aşkar olunandan sonra, «yeni sevgilisinin» mehriban baxışlarının, nəvazişli, şirin, bəlkə də yaltaq kəlmələrinin birdən-birə «öz acıdil və bədxasiyyət» arvadı ilə çox oxşar gəldiyini kəşf edən kişi «Məhəbbəttin  ləzzəti ZAQS-ın kandarına kimidir» fikrinin həyati keçərililiyinə əmin olur. Bu zaman qadınlarımız «başı daşdan -daşa dəyib, doğma ocağa dönmək» istəyən kişilərimizə qarşı dözümlü olsalar da, yaxşı idi. Yaxşı, bəs nə etməli? Səbri heç də hədsiz-hüdudsuz olmayan qadına bu «azərbaycansayağı faciənin» təkrar olunmayacağına kim təminat verə bilər? Və azəri kişilərini məşhur Şirbala obrazı kimi evdən «qaçaq» düşməyə təhrik edən nədir?

Mənəvi yoxsa fiziki tələbat?

Seksual liberallaşma nəticəsində seks artıq ikinci plana keçib. Əvvəla ona görə ki, özünü açıq-aşkar təklif edən qadınların sayı katastrofik şəkildə çoxalıb. Yayda Bakıda əynində yalnız əyni olan ana-bacıları görərkən, biçarə kişilərin bu özünəməxsus təklif qarşısında necə dözəcəyi dilemmadan aksioma çevrilir. Ələlxüsus da, maykalarının üzərində «Sev məni», «Sağlam seks-qayğısız həyat», «Gözləyirəm» və sair bu qəbildən olan cəlbedici, daha doğrusu çağırıcı şüarlar həkk olunan gözəl xanımlara  münasibətdə .

Lakin milli xəyanətin digər tərəfi də var. O da psixoloji aspektdir. Yaranan maddi çətinliklər burulğanında müqavimət göstərən, evdə nəyinsə çatışmadığını  və arvadının hökmlü səslə «eləməlisən, vəssalam» -deyə çığırdığını, onun üzündəki daim narazı ifadəni görüb, "sən də kişisən, qonşumuz filankəs bir ailə saxlayır ki, gəl-görəsən»- ittiham yağışından can qurtarmaq və özünün kişi olduğunu bariz şəkildə ifadə etmək üçün ər xilas yolu kimi xəyanəti seçir. Və tezliklə yanıldığını başa düşür. Çünki əslində «təzələrə» də maddi təminatdan savayı bir şey lazım deyil. Budur 21-ci əsrin seksual inqilabının milli yozumda nəticəsi. Xəyanət doğuran səbəb kimi, seksual ehtiyacların təmin olunmaması öz mənini, şəxsiyyətini təsdiqləmə amili ilə əvəz olunub. Bu daha çox mənəvi tənhalıqdan doğan xəyanətdir.

Xəyanətdən şübhələndiyiniz zaman, əks-zərbələr vurmağa tələsməiyn. Unutmayın ki, bu sadəcə şübhələrdir. Kiminsə işdən ləngiməyi onun xəyanətinə sübut sayıla bilməz. Həm də kişi xəyanət etmək istəsə, onu axşam deyil, elə iş vaxtı da edə bilər. Ümumiyyətlə, əgər aylarla apardığınız mübarizədə «Vallah, heç kəslə gəzmirəm»-etirafından savayı ərinizdən heç nə qopara bilməmisinizsə, deməli sülh müqaviləsi imzalamağa dəyər. Çünki bir gün o sizin sonsuz suallarınızdan bezib, «tutaq ki, kimsə var, sonra…», desə…

Necə Hillari olmalı?

Monika-Bill qalmaqalından bircə nəfər qürurla çıxdı. Xəyanət qurbanı Hillari. Bizim qadınlar onu çətin ki, anlasınlar. Çünki mentalitetimiz belə etməyi məsləhət görmür. Xəyanəti sezdin, günlərlə qanqaraçılıq, acı göz yaşları, rəyiqələrinlə bu məsələnin təvsilatı ilə şərhinin olması şərtdir. Lakin inanın ki, Hillari tək təmkinli olmağa dəyər. Əvvəla ittihamlardan, çeşidli epitetlərdən çəkinin. Ən əsası, unutmayın ki, yaranan məhəbbət üçbucağında sizin şansınız rəqibinizdən daha böyükdür: ailə, uşaqlar, ümumi qayğılar və haradasa ümumi əmlak və sairə…Elə fikirləşməyin ki, bu vəziyyəti qəbul etməklə, mənliyinizi alçaldırsınız. Xeyr, sakitcə döyüş meydanını tərk etməklə, siz daha çox uduzarsınız. Hər halda amerikasayağı faciənin qurbanı olan Hillarinin gələcək taleyi  əlahəzrət Çarlzın xəyanətini bağışlamaq istəməyən ledi Dianadan çox uğurlu oldu. Odur ki, seçim sizindir.

Heç kəsə xəyanət qurbanı olmamaq arzusu ilə

İ. Novruzova

Fransızsayağı xəyanət 

Ərdə olan fransız qadınlarının 15 faizi belə hesab edir ki, ömür boyu 1 kişilə yaşamaq lazım deyil. Hər 3 qadından biri öz evlilik həyatından narazı olduğu üçün, problem yaratmadan, gizlicə xəyanət etməyə normal baxır.

Xəyanət kişilərin ömrünü azaldır

İngilis alimləri xəyanətlə infarkt arasında qəribə asılılığın olduğunu aşkar ediblər. 230 nəfər infarktdan ölən kişilərdən 77 faizi sağlıqlarında heç olmasa 5 dəfə həyat yoldaşlarına xəyanət edib. Axı xəyanət-həm də stressdir. Əvvəla, kişi gizli görüşlər zamanı həm kəskin ehtizaz içərisində olur, ikincisi cinayət başında yaxalanmaqdan qorxur. Üstəlik kişi öz «imkanlarını» yeni sevgilisinə tam nümayitş etdirmək arzusunda olduğundan, daim qorxu içərisində yaşayır. Deməli hətta qalmaqallı  ailə həyatı belə insanın ömrünü uzaldırsa, xəyanət əksinə…

 

 



 
 
 

Şərhlər
  • Şərh yoxdur  

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 
 
 Bakıda “Müasir cizgilərdə Anadolu motivləri” moda sərgisi keçirildi

Bakıda türk modelyeri Ahmet Özceyhanın qadın libaslarından ibarət moda sərgisi keçirilib.

 Bu gün ümumdünya informasiya günüdür

25 noyabr ümumdünya informasiya günüdür.

 10 dekabr Beynəlxalq İnsan Haqları günüdür

Ombudsman aparatı Polis akademiyasi ilə birgə 10 dekabr Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirib.

 Qarakənddə “Mİ-8” vertolyotunun vurulmasından 17 il ötür

Bu gün Azərbaycanın müstəqillik tarixinin daha bir faciəli hadisəsinin 17-ci il dönümüdür.

 Jurnalist İdrak Abbasov evinə edilən basqının peşə fəaliyyəti ilə əlaqədar olduğunu güman edir

”Ayna” və ”Zerkalo” qəzetlərinin müxbiri, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun əməkdaşı İdrak Abbasov evinə edilən basqını qarət məqsədi deyil digər məqsədlər üçün nəzərdə tutulduğunu hesab edir.

 Devid Kremer Azərbaycan mətbuatının vəziyyətini müzakirə edib

Bakıda səfərdə olan ABŞ-ın dovlət katibinin müavini Devid Kremer Azərbaycanın mətbuat orqanları və təşkilatlarının rəhbərləri ilə görüşərək Azərbaycan mətbuatının vəziyyətini müzakirə edib.

 ABŞ-ın dövlət katibinin müavini Devid Kramer Azərbaycana gəlir

Bu gün Bakiya gələcək ABŞ dövlət katibinin müavini Devid Kramer Azərbaycanda  “insan hüquqları və söz azadlığı” mözusunda  müzakirələr aparacaq.

 

 105.5 tezliyində “Media FM” radiosu ilin sonunda efirə çıxacaq
Bunu “Women’s Media Watch”- a müsahibəsində “Media FM”-in direktoru Tural Əliyev bildirib.
 Azərbaycan telekommunikasiya və informasiya sahəsindəki inkişafına görə MDB ölkələri arasında 1-ci yeri tutub

Bu barədə “İteka Kaspian” şirkətinin icraçı direktoru Fərid Babayev “Women’s Media Watch”- a müsahibəsində bildirib.

  Ombudsman həbsdə olan jurnalistlər Eynulla Fətullayev və Mirzə Sakitlə görüşüb
Bu barədə “Women’s Media Watch”-a ombudsman aparatının mətbuat xidmətindən göndərilən məlumatda bildirilir.
 Nurşirəvan Məhərrəmli: “2009-cu il yanvarın 1-dən “BBC”, “Azadlıq” və “Amerikanın səsi” radiolarının yayımı dayandırılacaq”
“Azərbaycanın milli tezlik və televiziya resursları Azərbaycanın milli qurumlarına məxsus olmalıdır.” Bunu “Women’s Media Watch”–a müsahibəsində Mili Televiziya və Radio Şurasının sədri Nurşirəvan Məhərrəmli bildirib.
 Mətbuat Şurası həbsdə olan jurnalistlərin əfvi ilə bağlı Prezidentə müraciət etməyi düşünür
Bu barədə “Women’s Media Watch”-a Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.
 Qafqaz öıkələri üçün nəzərdə tutulan yeni telekanal informasiya və maarifləndirici verilişlər yayımlayacaq

“Azərbaycanda bütün Qafqaz regionu üçün nəzərdə tutulan yeni telekanalı digər televiziya kanallarından fərqləndirən onun CNN, BBC kimi informasiya xarakterli olması olacaq “.

 Azərbaycan mətbuat azadlığı indeksində geriləyərək, 150-ci yerə düşüb
“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı keçən il üçün dünyada mətbuat azadlığı indeksini açıqlayıb. Azərbaycan bu siyahıda 150-ci yerə düşüb. 
 


 
 

Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   

Copyright © 2007 NextPoint LLC