Körpələri bu bəladan necə xilas etmək olar?
1998-ci ildə Fransada keçirilən beynəlxalq etmi assambleyada dünya ictimaiyyətini heyrətə gətirən yenilik barədə məruzə açıqlandı. Məruzədə deyilirdi ki, son 10 il ərzində Fransada südəmər yaşda ölən körpələrin sayı 70 faiz azalmışdır. Əgər 1987 – ci ildə hər 1000 doğulmuş körpədən 2.04 faizi həyatını dəyişirdisə, 1997 – ci ildə bu rəqəm 0.58-ə enib. Bu proqress nəyin nəticəsində əldə olunub? Bax, bu sualın cavabı yalnız fransalı deyil, dünyanın irqindən, yaşından asılı olmayaraq, hər bir anasını maraqlandıra bilər.
Lay-lay, dedim, yatasan,
Qızıl gülə batasan......
İllər uzunu pediatrlar baba-nənələrimizə, ata-analarımıza dünyaya yenicə göz açmış körpələri necə yuxuya hazırlamaq haqda tövsiyələrini veriblər. Ən geniş yayılan embrion hipotezi bu tip qızğın müzakirələrdə dominant sayılırdı. ABŞ həkimləri iddia edirdilər ki, körpəni yatağa yalnız qarnı üstə uzanmış şəkildə qoymaq düzgündür. Çünki yalnız bu pozada onlar sanki ana bətnində imiş kimi, yığılıb, özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Beləcə körpənin yuxusu da daha sakit və fasiləsiz olur. Və çox-çox sonralar aydın oldu ki, bu pediatrik eksperiment təkcə okeanın o tayında deyil, bütün dünyadakı minlərlə balaca vətəndaşın ömrünə son qoyub. Bu faciəvi statistika səhiyyədə «qəfil beşik sindromu» məfhumunun yaranmasına səbəb oldu.
Avropasayğı kəşf
Körpələrin hər 500-dən birində müdhiş «beşik sindromu»nun müşahidə olunduğunu görən pediatrlar həyəcan təbili çalmağa başladılar. Ümumdünya statistikasına görə, oğlan uşaqları beşik sindromuna daha çox «meylli»dilər. Xöşbəxt ana körpəni sakitcə yatırır, bir qədər onun aramla nəfəs almasına qulaq asandan sonra, aralanır. Və ....qəfildən körpənin ürəyi dayanır. Hər şey o qədər gözlənilməz baş verir ki, nə həkim çağırmağa , nə də körpəyə adi süni nəfəs verməyə macal tapmırsan. Dəhşət bundadır ki, ilk həkim müayinəsinin və anatomik yarmanın nəticəsi göstərir ki, körpə tam sağlam imiş. Dünya alimləri uzun illər bu fenomen ölümün səbəb və mexanizmini aşkar etməkdə aciz qaldılar.
Nəhayət, 1972 – ci ildə bütün Amerikanı sarsıdan hadisə baş verdi. Bir ailədə bir-birinin ardınca 5 südəmər körpə dünyasını dəyişdi. Pediatlar sensasion nəticəyə gəldilər-deməli, beşik sindromunun əsasında genetik faktor dururmuş. Ailələr tədqiq olunaraq, risq qrupuna ayrıldılar.
Yalnız 23 il sonra, 1995 – ci ildə ölmüş körpələrin anası boynuna alır ki, o körpələrini öz əlilə, yatan yerdə boğub, öldürürmüş. Beşik sindromunun gen hipotezi beləcə fiaskoya uğradı. Körpələri müxtəlif pozalarda, şəkildə və fərqli zamanlarda yatırma eksperimentləri yenidən vüsət aldı. Elə bu zaman fransızlar bəyan etdilər ki, onlar amerikalıların gen hipotezinə inanmayaraq, bu sahədə axtarışlarını davam etdiriblər. Və son 10 ildə uşaq ölümü hallarının bu ölkədə son dərəcə aşağı düşməsi də bu tədqiqatların nəticəsidir. Sən demə, yuxuda ölən körpələrin əksəriyyəti məhz qarnı üstə yatırmış. Təbii ki, beşik sindromu yalnız körpənin hansı vəziyyətdə yuxulamağından asılı deyil. Lakin sübut olunub kit, körpəni arxası üstə uzatmaqla, qəfil ölümün qarşısını almaq olar. Bu sadə, eyni zamanda həyati əhəmiyyətli kəşf sözügedən assamlyeda bəyan edilib.
Şirin yuxu tapasan...
Müasir alimlər nəfəsi kəsən 3 əsas mexanizm müəyyənləşdiriblər – xəstəliklər, xarici təsir və anormal inkişaf.
Xarici təsir kimi ya çox yumşaq, ya narahat yataq, otağın yüksək ya çox aşağı temperaturu, həm də körpənin yatma tərzi başlıca faktor rolunu oynayır. Fransız pediatlarının yekdil qənaətinə görə, 1 yaşına qədər körpə yalnız arxası üstə yatmalıdır. Otaqda bu zaman temperatur isə 18-20 dərəcədən nə az, nə də çox olmalıdır. Uşağın yatdığı yataq da kifayət qədər bərkliyilə seçilməlidir. Hazırda dəbdə olan və geniş reklam edilən yataqlar bahalı olsalar, körpəyə zərər gətirə bilər. Belə ki, «detektor appol» tipli matraslar körpənin nəfəsi bir qədər sürətləndiyi təqdirdə, həyəcan siqnalı verməyə başlayır. Halbuki südəmər uşaqlarda nəfəsin sürəti fərqli ola və hətta tez-tez dəyişə də bilər. Bu normaldır. Bəs düzgün olaraq, soruşa bilərsiniz ki,
Çıxış yolu nədir?
Çıxış yorunun birini, hətta birincisini fransızların köməyilə sizə dedik. Siz də bildiklərinizi bizimlə bölüşə bilərsiniz. Özü də elə indicə.
Yazın, sizi mən - İlhamə Novruzova həmişə eşitməyə hazıram.