AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Qadının səlahiyyətlənməsi
      Qadın və uşaq sağlamlığı
      Rəy yazıları
      Xəbər bülletenləri
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
 
        Sorğu
Azərbaycanda Azadlıq, BBC və Amerikanın səsi radiostansiyalarının yayımının dayandırılmasına münasibətiniz necədir?
Dəstəkləyirəm
Dəstəkləmirəm
Rəyim yoxdur

Cəmi səs verənlər: 30

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

Dekabr 2008

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
    Ön səhifə   Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Şelli Markoff: “Azərbaycanda uzun müddət olmaq lazımdır ki, vəziyyətin o qədər də dəyişmədiyini başa düşəsən”
 
 
 
 
7 oktyabr, 2008
 
“Women’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin növbəti qonağı İREX-Media təşkilatının Azərbaycan üzrə nümayəndəsi Şelli Markoffdur.

Sevinc Osmanqızı: Şelli, Azərbaycanda Amerika prezident debatlarının nümayişini təşkil etməkdən məqsədiniz nədir?

Şelli Markoff: Bizim İctimai televiziya ilə debatlarin nümayiş olunması barədə sövlədəşməmiz var. Fikirləşdik ki, Amerika debatları Azərbaycanda maraqlı ola bilər. Burada yeganə məqsəd müxtəlif sistemlərin necə işləməsi barədə təsəvvür yaratmaqdır. Başqa heç bir gizli məqsəd yoxdur. Amerikada, ələlxüsus da son 8 ildə baş verənlər dünyanı təsirləndirir. 2000-ci ildə Buş hakimiyyətə gələndə Amerikanın maliyyə vəziyyəti yaxşı idi. Düzdür, onda nə hələ 11 sentyabr hadisələri baş vermişdi, nə də terrora qarşı mübarizə gündəmdə idi. Amma bu müddət ərzində baş verənlərə nəzər salsaq, görərik ki, çox şey dəyişilib. Baş verənlər Àmerikanin reputasiyasını məhv etdi. Amerika özünə dünyada çoxlu düşmən qazandı. Vəziyyətin yaxşılaşdırılması üçün imkanları araşdırmadı. Buna görə də fikirləşdik ki, bu seçkilər maraqlı ola bilər.

Sevinc Ìuradova: Sizcə, Îbama və ya Ìakkeyninin prezident seçilməsi Àzərbaycanı necə təsirləndirə bilər?

Şålli Ìàrkoff: Dünyanı necə təsirləndirirsə, Àzərbaycanı da o cür. Cənab Îbama Êaliforniyada erməni soyqırımının tanınmàsı barədə vədlər verib. Amma bu, prezidentin deyil, Konqresin razılığı ilə həll olunan məsələdir. Konqress heç də həmişə hökumətin təklif etdiyini qəbul etmir. Başqa bir faktor da vardır ki, cənab Îbama Àfrika mənşəli amerikalıdır. 1965-ci ildə Conson administrasiyasına qədər onların səsvermə hüququ yox idi. Məsələn, mən özüm orta məktəbdə oxuduğum vaxtlar ağlarla qaralar eyni yerdə oxumurdular. Yalnız 1957-ci ildə hər şey dəyişdi, qaralarla ağlar eyni məktəbə getməyə başladılar. Mən Baltimor şəhərində böyümüşəm. Bu, Amerikanın ən böyük şəhərlərindən olmasa da, orada qaraların kifayət qədər böyük icması var idi. Yolun bir tərəfində bir irq, digər tərəfində o biri irq yaşayırdı. Bu, dəyişdi. Bunu prezident Conson etdi.

51 il əvvəl ağlarla eyni məktəbə gedə bilməyənlərdən biri indi Àmerika prezidentliyinə iddialıdır. Bu, fakt özü-özlüyündə mənim üçün onun nə edəcəyindən daha vacibdir. Amerika əla ölkə deyil, ola bilsin ki, cənab Îbama prezident olsa, daha yaxşi ölkə olar.

Sevinc Osmanqızı: Siz bunu, yəqin demokratpərəst kimi deyirsiniz.

Şålli Ìàrkoff: Xeyr, mən son 8 ildə Àmerikada yaşamamışam. Bunu Àmerikada yaşamayan, lakin adamların gözündən oxumağı bacaran bèð adam kimi deyirəm.

Sevinc Muradova: Obamanın uğurlu prezident olacağına nəyə görə belə inanırsınız?
Şelli Ìàrkoff: Sizin çoxunuz o vaxt hələ anadan olmamışdınız. Mən 1962-67-ci ilədək Àmerika ordusunda hərbi xidmətdə olmuşam. Orduya yollananda Con Êennedi Àmåriêànın prezidenti idi. O, qeyri-adi şəxsiyyət idi. Siz ona baxanda gücünə inanırdınız. O, sizi buna vadar edirdii. Həmin vaxt onun qardaşı, Robert Êånnedi ölkənin Baş prokuroru idi. O, çox yaxşı işlər görmüşdü, xüsusilə də mülki hüquq sahəsində.
1968-ci ildə Robert Êennedi özü prezidentliyə namizəd oldu. Bu, àdamlarda gələcəyə bir ümid yaratdı. Biz müharibənin ortasındaydıq, Vyetnam savaşı davam edirdi. Ölkə parçalanmışdı. Əhalinin yarısı deyirdi Vyetnamdan çıxmalıyıq, yarısı isə deyirdi müharibəni qurtarmalıyıq. Martin Lüter Êinq qətlə yetirilmişdi. Böyük şəhərlərdə qaralarla ağlar arasında iğtişaşlar gedirdi. Ölkə göz qabağında parçalanırdı. Bu zaman Ðobert Êennedi şəxsiyyətti peyda olur. O, hamının etimadını qazanır, çünki onun arxasında qardaşının adı vardı. O, qardaşından da àğıllı idi. Hamı onunla bağlı yaxşı hisslər keçirirdi. Soruşa bilərsiniz ki, bunun Îbama ilə nə əlaqəsi?

O, sizi özünə inanmağa vadar edir. Onun yaxşı işləyib-işləməyəcəyi sual àltındadır. Amma mən buna, doğrudan da, inanıram.

Ìən 15 ildir ki, Àmerikadan çıxmışam. Bəzən Àmerikaya qayıdanda mənə elə gəlir ki, adamlarla danışa bilmirəm, mübahisəyə başlayıram. Onların hərəsi öz balaca dünyasında yaşayır ki, onun da sərhədləri Nyu Yorkdan Los Àncelesədəê îlan məsafə qədərdir. Ora qəribə ölkədir, ola bilsin, Àzərbaycan qədər yox, àmma qəribədir.

Sevinc Osmanqızı: Sizcə, Amerika debatları Azərbaycan debatlarından nə ilə fərqlənəcək?

Şelli Ìàrêîff: Mən deyə bilərəm ki, prezident Əliyev heç vaxt debatlarda iştirak etməyəcək. 2003-cü ildə İnternyus debatlar təşkil etmişdi və prezident Əliyev son məqamda gəlmədi. Biz Àzərbaycanda prezident seçkiləri ilə əlaqədar 7 tərəfdən ibarət debatlar təşkil edirik. Bu, «Ria Novosti»də çəkilir və televiziya ilə nümayiş olunur. Amerikada baş verənlərlə Àzərbaycanda baş verənlər arasında håç bir oxşarlıq yoxdur. Mən inanmıram ki, prezident Əliyev bu seçkiləri uduza bilər. O, prezident olacaq. Namizədlər düşünüb, vədlər verməlidirlər. Bundan hökumət yalnız qazana bilər.

Amerikadakı debatlar iki partiya arasında aparılır. Orada biri daha çox, digəri daha az təcrübəlidir. Sizdə isə fərqlidir. Belarusda, Qazaxıstanda, Özbəkistanda, MDB ölkələrində baş verənlər göstərir ki, hakimiyyətə gələnlər daha getmək istəmirlər. Görünür, hakimiyyət şirin şeydir. Mən deyə bilmərəm ki, Azərbaycanda bu, baş verəcək ya yox, amma belə bir ehtimal var.

Mən Azərbaycana ilk dəfə 1995-ci ildə gəlmişəm. O vaxtdàn 2004-cü ilə qədər Bakının xarici görünüşü çox dəyişilib. Ilk əvvəl Bakıya 2 aylıq gəlmişdim və yalniz ÀNS-lə işləyirdim. O vaxt ÀNS balaca televiziya stansiyası idi, 2 kiçik otağı vardı. Lakin bunu tək mən yox, çoxları deyir ki, burada uzun müddət olmaq lazımdır ki, vəziyyətin o qədər də dəyişmədiyini başa düşəsən. Bəziləri mənə deyir ki, burada çox qalmısan, getmək vaxtıdır. Azərbaycana gəlməzdən əvvəl mən Àvropa Àlbaniyasında 7 il işləmişəm. Ora işləmək üçün daha rahat ölkə idi.

Aytən Abdulova: Azərbaycan mətbuatının vəziyyətini necə dəyərləndirirsiniz? Sizcə, mətbuatın problemi nədir?

Şelli Markoff: Redaktorlardır. Onlar jurnalist deyillər. Mənə belə gəlir ki, jurnalistlər sizin özünüz kimi jurnalistikanın qaydalarını çox yaxşı bilirlər, tarazlıq, obyektivlik, balans barədə anlayışları var. Ictimai rəyin formalaşdırılması üçün nə etmək lazım olduğunu bilirlər. Mənə elə gəlir ki, siz öz yazılarınızı redaktora təqdim edəndə, illər boyu öyrəndiyiniz prinsiplər kağızda öz əksini tapır. Amma redaktor siyasi vəziyyətdən asılı olaraq, onu dəyişir. Bu, mənim öz rəyimdir. Adamlar bəzən gülürlər mənə. Mən Azərbaycanda bütün kanallarda olmuşam, təkcə “Lider”TV-dən başqa. Ora məni buraxmırlar, orada məni görmək istəmirlər.

Ictimai televiziya bu paritetin saxlanmasına çox yaxındır. Biz hər il bütün qitələr üzrə, o cümlədən Azərbaycanda da Mətbuatın davamlılığı indeksini tərtib edirik. Orada iştirak edən ekspertlər, neçə illər bizimlə işləyən, rəy söyləyən adamlardır. O zaman İctimai televiziya hələ işə başlamamışdı və rəyi soruşulanlar bizə ağız büzürdülər. Onlar deyirdilər ki, İTV elə Az.TV-2-dir, heç nə dəyişməyəcək. Bir il sonra televiziya efirə başladı. Bu, mənim üçün gözlənilməz oldu. Pulun ayrılması ilə televiziyanın işə başlaması arasında üç ay keçdi. Bu, çox qısa müddətdir. Mən özün həyatım boyu iki televiziya stansiyası yaratmışam və bilirəm ki, televiziya şəbəkəsi yaratmaqdan ötrü sizə heç olmasa bir il gərəkdir. Əlbəttə, mənim milyon dollar pulum da yox idi. Amma hər halda İsmayıl Ömərov bunu etdi. Onlar Ömərovu sevmirdilər, çünki o, millət vəkili olmuşdu. Üstündən bir il də keçdi. Başladılar deməyə ki, İTV yaxşı kanaldır. Doğrudan da, yaxşı kanaldır.

Sevinc Osmanqızı: Xəbər siyasətini necə qiymətləndirirsiniz?  

Şelli Markoff: Hər şey nisbətdə ölçülür. Ola bilsin, başqa kanallara nisbətən geri qalır. Maliyyə hələ də hökumətdən gəlir və 2010-cu ilədək gələcək. Vəziyyət hələ dəyişə bilər. Azərbaycanda bütün televiziya kanalları nəzarət altındadır. Əgər televiziya müəyyən çərçivədən kənara çıxarsa, işləyə bilməz, onu dayandıracaqlar. Keçən il ANS bağladıldı.

Vüsalə Xaməmmədova: Elə isə sizə elə gəlmir ki, mətbuatın problemləri redaktorların səlahiyyətlərindən kənara çıxır? 

Şelli Markoff: Bununla belə, əgər redaktorlar sərbəst olsaydılar, hökumətin onlara nə deməsinin əhəmiyyəti olmazdı. Mənim ANS-lə problemim yalnız bundan ibarətdir. 15 il əvvəl mən burada olanda bu televiziya çox balaca idi. Vahid və Seyfulla yoxsul və çox yaxşı jurnalist idilər. Onlar müstəqil idilər.  Bu, mənim rəyimdir. Siz yoxsul olanda, itirməyə heç nəyiniz olmur. Onları çox yaxşı jurnalist kimi çoxdan tanıyıram. Amma yəqin ki, yaşayıb, cəmiyyətə tab gətirməyi də bacarmaq lazımdır.

Mən ordudan qayıdanda Amerikada “Multimedia” adlı bir şirkətdə çalışırdım. O vaxt federal qanuna əsasən, sizin Amerikada yalnız 7 televiziya kanalınız, 7 FM və 7 EM kanalınız ola bilərdi. Adamların xəbərlər barədə fikri müxtəlif idi, çünki seçim vardı. Mən 1968-ci ildən həmin şirkətdə çalışırdıım. Gündüzlər oxuyur, gecələr isə Baltimorda radioda DJ işləyirdim. Mən ixtisasca mühasibəm, təhsilim iqtisadçıdır. Həmin şirkətdə 22 il maliyyə işlərinə baxdım. Şirkət holdinqlər qrupuna daxil idi. Rəhbərimiz Con Klugi şirkəti satmaq qərarına gəldi və televiziyanın Rupert Mördekə satılması barədə qərar qəbul edildi. Rupert Mördeki yəqin hamınız yaxşı tanıyırsınız. Çox da gözəl adam deyil, media maqnatıdır, olduqca mühafizəkardır. Televizyanın satıldığı gün mən istefa verdim. Mən çox pul gətirən bir işdən imtina etdim, amma öz prinsiplərimdən yox. Mən bilirdim ki, bundan sonra xəbərlər obyektiv olmayacaq. Əgər siz Foks Nyus kanalında xəbərlərə baxsanız, bunu görərsiniz. Çox təəssüf ki, Amerikada çox populyar televiziya şəbəkəsi olmasına baxmayaraq, informasiyanın çox az hissəsi həqiqətə uyğundur. Mördek Barak Obamanı sevmir. İraqda əsgərlərlə bərabər olan ilk jurnalist Foks Nyus kanalından idi, çünki Mördek Buşu dəstəkləyirdi, Buş isə müharibəni. Müharibədən olan reportajlar şişirdilmişdi. O yenə də oradadır və reportajların məzmunu həminki kimidir. Yəqin ki, redaktorlarla bağlı sualınıza cavab verdim.

Aytən Abdulova: Sizcə, digər ölkələrin jurnalistləri ilə Azərbaycan jurnalistləri arasında fərq nədədir?

Şelli Markoff: Məncə fərq o qədər də böyük deyil. Mən Kosovoda, Makedoniyada, Rusiyada və Albaniyada işləmişəm. Sizdə yaxşı jurnalistlər göz qabağındadırlar. Moskvada kifayət qədər yaxşı jurnalist var, yaxşı olmayanların isə sayı ondan çoxdur. Burada eyni məqalədə həm xəbər, həm də rəy görürsünüz. Xəbərlə rəy qarışdırılır. Bu, nəzarət olunan mətbuatda baş verir.

“Zerkalo”, “Ayna”, “Exo” qəzetləri müstəqil olmağa çalışırlar. Amma “Gün Səhər” məhz müstəqil qəzet kimi fəaliyyətə başlamışdı. Bu çox gözəl təcrübə idi, lakin işləmədi. “Zerkalo” qəzetinin redaktoru cənab Şıxlinski özü deyir ki, müəyyən hüdud var ki, onu aşmaq olmaz. Və “Zerkalo” Azərbaycanda kommersiya baxımından yeganə uğurlu qəzetdir...

Sevinc Osmanqızı: Dövlətin mətbuata dəstək Konsepsiyasını necə qarşıladınız?

Şelli Markoff: Mən o konsepsiya haqqında yalnız mətbuatda yazılanları oxumuşam. Mən onu ilk dəfə oxuyanda çox güldüm. Məqsəd Azərbaycanda azad və müstəqil mətbuatın yaradılmasıdırsa, bu mətbuat hökumətin, və ya xaricin nəzarəti altinda işləməməlidir. Mən Aqil Xəlilə, Qənimət Zahidə baxıram və fikirləşirəm ki, Azərbyacanda azad mətbuat hələ yaxın gələcəyin işi deyil.


 
 
 

Şərhlər
  • Şərh yoxdur  

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted

 

 

 

 

 


 
 
 Bakıda “Müasir cizgilərdə Anadolu motivləri” moda sərgisi keçirildi

Bakıda türk modelyeri Ahmet Özceyhanın qadın libaslarından ibarət moda sərgisi keçirilib.

 Bu gün ümumdünya informasiya günüdür

25 noyabr ümumdünya informasiya günüdür.

 10 dekabr Beynəlxalq İnsan Haqları günüdür

Ombudsman aparatı Polis akademiyasi ilə birgə 10 dekabr Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirib.

 Qarakənddə “Mİ-8” vertolyotunun vurulmasından 17 il ötür

Bu gün Azərbaycanın müstəqillik tarixinin daha bir faciəli hadisəsinin 17-ci il dönümüdür.

 Jurnalist İdrak Abbasov evinə edilən basqının peşə fəaliyyəti ilə əlaqədar olduğunu güman edir

”Ayna” və ”Zerkalo” qəzetlərinin müxbiri, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun əməkdaşı İdrak Abbasov evinə edilən basqını qarət məqsədi deyil digər məqsədlər üçün nəzərdə tutulduğunu hesab edir.

 Devid Kremer Azərbaycan mətbuatının vəziyyətini müzakirə edib

Bakıda səfərdə olan ABŞ-ın dovlət katibinin müavini Devid Kremer Azərbaycanın mətbuat orqanları və təşkilatlarının rəhbərləri ilə görüşərək Azərbaycan mətbuatının v<