AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Qadının səlahiyyətlənməsi
      Qadın və uşaq sağlamlığı
      Rəy yazıları
      Xəbər bülletenləri
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
 
        Sorğu
Azərbaycanda Azadlıq, BBC və Amerikanın səsi radiostansiyalarının yayımının dayandırılmasına münasibətiniz necədir?
Dəstəkləyirəm
Dəstəkləmirəm
Rəyim yoxdur

Cəmi səs verənlər: 30

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

Dekabr 2008

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
    Ön səhifə   Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Ali Ağan: "Azercellə gələn hər bir müştəri şikayətini tək-tək oxuyuram”
 
 
 
 
 
 
 
 
 
4 sentyabr, 2008  
 
“Women’s Media Watch” Azərbaycan Qadın Jurnalistlər Birliyinin növbəti qonağı Azərcell şirkətinin Vitse-Prezidenti Ali Ağandır.

Sevinc Osmanqızı: Ali bəy, bu ilin əvvəllərində Azərcell özəlləşəndən bəri şirkətdə nə dəyişikliklər baş verib?
 
Ali Ağan: Azərcell bir xidmət şirkətidir. Bizim göstərdiyimiz xidmət əllə hiss olunmur. Azərcelldə dövlət payı 2007-ci ilin əvvəllərində özəlləşdi və biz məhdud məsuliyyətli cəmiyyət (MMC) olduq. Bu, ortaqlıqdakı bir fərqdir. Bundan başqa nə texniki tərəfdən, nə də göstərilən xidmətlərdə əvvəlki ilə indiki arasında bir dəyişiklik yoxdur. Biz bundan sonra da, özəlləşmədən öncə olduğu kimi sərmayə yatırımı, yeni məhsul və xidmətlərin tətbiqi siyasətimizi və ən keyfiyyətli rabitə təminatçısı funksiyamızı davam etdirməyi planlaşdırırıq.

Xatirə Qasımova:
Son vaxtlar rouminqlə bağlı müşahidə olunan problemin səbəbi nədir?
 
Ali Ağan: Biz Azərcell şirkəti olaraq, Azərbaycanda rabitənin inkişafına 600 milyon dollardan çox sərmayə yatırmışıq. Təbii ki, 100 milyonlarla dollar pul xərclədiyiniz işdə keyfiyyətin yüksək olmasını cox ciddi nəzarətdə saxlayırsınız. Biz hesab edirik ki, Azərcellin əhatə dairəsi xidmətinin səviyyəsi hər ötən gün daha da yaxşılaşır. Dünyada bütün GSM şirkətlərinin daxil olduğu GSM Assosiasiyası var. Onların kriteriyalarına görə, Azərcell dünyanın ən yaxşı yüzlüyünə daxildir. Biz bu göstərici ilə fəxr edə bilərik. Özəlləşmədən sonra ötən hər ay əhatə dairəmiz və şəbəkəmizin keyfiyyəti yüksəlir.
 
Bundan başqa biz minlərlə insanlar arasında sorğular aparırıq. Bunları müxtəlif sorğu qurumları aparır. Məsələn GFK dünya səviyyəsində olan araşdırma qurumlarından biridir. Onlardan aldığımız nəticələrə görə də bizim texniki keyfiyyətimiz yüksək dəyərləndirilir.  
 
O düzdür ki, rouminqdə vaxtaşırı problemlər ola bilir. Mən ailəliyəm va mənim həyat yoldaşımla qızım hələlik Türkiyədədirlər. Bəzən onlara və ya onlar mənə zəng vuranda, mən də Azercell istifadəçisi olaraq, bu problemi yaşamışam. Amma məndən daha vacib - bizim xaricə gedən əsgərimiz, siyasətçimiz və ticarət adamlarımızdır. Deyə bilərsiniz ki, problemlər varsa, həll edin, bu sizin işinizdir, abonentin yox. Kaş ki dediyniz kimi olsaydı. Azərbaycanda beynəlxalq danışıqlar heç bir mobil operatorunun nəzarətində deyil. Buna Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) və “Aztelekom” İstehsalat Birliyi nəzarət edir. Biz israrla bunu daima gündəmə gətiririk. Bu problemin həll olunması üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə dəfələrlə müraciət etmişik, inşallah onlar bunu həll edərlər.
 
Yeri gəlmişkən, biz oktyabr, noyabr aylarında Azərbaycana 50-dən çox ölkənin böyük GSM operatorunun rouminq məsələsindəki rəhbərlərini gətirəcəyik. Bu toplantılar hər il bir ölkədə keçirilir. Biz, gəlirimiz olmasa da, Azərbaycanın tanıtımı üçün bu ilki toplantının Bakıda keçirilməsinə çalışdıq və buna nail olduq. Bu toplantı üçün yüzlərlə, yüz milyardlarla gəliri olan şirkətlərin rəhbər şəxsləri Azərbaycana gələcəklər. Onlar da rouminq problemi yaşasalar, ironik olacaq. İnşallah o vaxtadək problem həll olunar.
 
Sevda Güləhmədova: Hazırda 3 rəqib operator sizin müştəriləriniz uğrunda mübarizə aparır. Bu mübarizəyə tab gətirmək üçün nə edirsiniz?
 
Ali Ağan: Əslində biz onlara “rəqib” deyil, “dostlarımız” deyirik. Nəticə etibarilə, hamımız Azərbaycan naminə çalışırıq. Sizlərin bir çoxu gəncdir, mən telefonun olmadığı və ya çox az olduğu dövrü yaxşı xatırlayıram. Poçta gedib ata-anamıza zəng vurmaq üçün saatlarla növbə gözləyərdik. Bu cür xidmətlər əslində ölkənin inkişafı üçün çox vacibdir. Kommunikasiya və ünsiyyət ölkənin inkişafının 2 təməl daşıdır. Azərbaycanda hökumət yenidənqurma işlərini çox yüksək səviyyədə həyata keçirir. Biz özəl şirkətlərin vəzifəsi bu səylərə dəstək verən işlər görməkdir. Bu baxımdan bizim onlardan fərqimiz azdır. Əsas fərqimiz şirkətlərin nə dərəcədə yaxşı idarə olunmasındadır. Təkcə Bakını əhatə dairəsi ilə təmin etmək kifayət deyil.  Bakıda işləyən birisi Gəncənin kəndində yaşayan anası və ya  atası ilə calaşa bilirsə, bu, könüldən olan bağlanma olur. Bizim dostlarımızdan ən böyük fərqimiz əhatə dairəsində olan fərqimizdir. Mən sizin “rəqib”, bizim “dost” dediyimiz digər operatorlardan birini idarə edən olsaydım belə, Azərbaycanı gəzərkən özümlə, hər ehtimala qarşı, bir Azercell nömrəsi götürərdim. Çünki cox böyük ehtimalla Azercellin tutduğu bir çox ərazilərdə digər operatorlar tutmayacaq. Reallıq budur.
 
Sevinc Osmanqızı: Hazırda mobil telekommunikasiya bazarında 70 faiz pay Azercelldədir. Genişlənmə strategiyanız nədir və bu, inhisara aparmır ki? İkincisi, müstərilərin də sayı artan xəttlə inkişaf edir. Nəticə olaraq özünüzü harada görürsünüz?
 
Ali Ağan: Əslində penetrasiya ilə bazar payı iki fərqli anlayışlardır. Azərbaycanda penetrasiya, yəni əhali sayına nisbətdə mobil rabitə abonentlərinin sayı 60 faizdir. Ölkə xaricində yaşayan azərbaycanlıları da nəzərə alsaq,  bu, 80 faizə yaxın olur. İnkişaf etmiş ölkələrdə bu göstərici 110-120 faiz olur, yəni insanların birdən artıq nömrəsi, xətti olur. Bu hər zaman aktiv olan telefon xətti deyil, bəzən data xəttidir.  Azərbaycan bazarında hələ ki penetrasiya indeksimiz tam dolmayıb. Yəni hələ mobil rabitə abonenti olmayan vətəndaşlarımız var. Odur ki, həm bizim, həm də digər operatorların abonent sayı getdikcə artacaq.
Bazar məsələsində dəyişikliklər ola bilər, amma bizim üçün bazar payına fokuslanan iş görməkdənsə,  müştəriyə ünvanlanan iş görmək daha məqsədəuyğundur. Çünki siz müştəriyə fokuslandıqda, o sizi tanıyır, bilir. Biz bəzən fikirləşə bilərik ki, çox geniş texniki imkanlara malik bir firmada işləyirik, kənddə, sərhəddəki insanlar bunu görə bilirlərmi? Inanın ki, onlar da hiss edirlər, bilirlər. Onlara yaxın olmağımız, onların problemləri ilə maraqlanmağımız bu fərqi yaradır. Bu xidməti davam etdirə bilmədikdə, müştəri danışdığı yerdə əlaqə kəsildikdə, yaxud yalnız qoyun-quzunun keçdiyi bir yerdə telefonla danışa bilməyəndə müştəri keyfiyyət fərqini başa düşür. Bu müştəri universitet məzunu olmaya bilər, Almaniya və Fransada işləməyə bilər, amma bu, bizim anamız, atamız, babamız ola bilər.  Biz bunu əsas götürürük ki, keyfiyyətimizi necə artıra bilərik və müştəri ilə ticarət deyil, səmimi əlaqəni necə qura bilərik.
 
Şirkətin idarəedənlərindən biri kimi, mənim dünyalar qədər işim olur. Amma Azercellə gələn bütün məktublar, istisnasız olaraq, tək-tək mənə gəlir. Çox vaxt əlyazısı olduğundan,  köməkçim oxumaqda mənə kömək edir. Məsələyə baxıram və problemin həllini diqqətdə saxlayıram. Əslində bu, çətin işdir, çünki  mən gündə 2-3 saatımı, bəzən həftəsonlarımı buna ayırmayıb, başqa işlərlə məşğul ola bilərəm. Azercellə gələn hər bir müştəri şikayəti bir-bir öyrənilir. Məsələn, deyirlər ki, biz sizə zəng vurduq, əhatə dairəsi, dalğa yox idi. Dərhal adamlarımızı göndəririk, gedib problemi yerində həll edirik və ardınca təşəkkür məktubları alırıq. Bazar payını gətirən budur. 
 
Sevinc Muradova: Azersell mətbuatın inkişafı üçün çox iş görür. Hətta mətbuat azadlığı günündə bu xidmətlərinizə görə mükafata da layiq görüldünüz. Mətbuata dəstək məqsədli aparılır, yoxsa bu da səmimilikdən irəli gəlir?
 
Ali Ağan: Birincisi, səmimiyyətdən irəli gəlir. Mən şəxsi həyatımda da, iş həyatımda da səmimiyyətin olmadığı yerdə nəticənin ürəkaçan olacağına inanmıram. Jurnalistlərlə olan münasibətlərimiz bizim sosial öhdəliklərimizin bir hissəsidir. Məqsəd özünüreklam olsa idi, bunu qəzet və ya televiziyalarda reklamlar verməklə, bilbordlar hazırlamaqla da edə bilərdik. Şirkətlərin ictimaiyyət qarşısında məsuliyyəti var ki, cəmiyyətlə bərabər inkişaf etsinlər. Əslində biz mətbuatla eyni işi görürük. 1875-ci ildə “Əkinçi” qəzeti nəşr olunanda, bu yaxınlarda 133-cü ildönümünü qeyd etdik, gördüyü işlə bu gün sizlərin gördüyünüz iş arasında elə bir fərq yoxdur. “Əkinçi” qəzeti o dövrdə bölgə ilə bağlı məlumatları toplayıb, çap edirdi, siz də bugün Azərbaycanda və qloballaşan dünyada olan inkişaf və yenilikləri toplayıb, yaymağa çalışırsınız. Əslində siz də bir kommunikasiya firmasında çalışırsınız. Biz də bu kommukasiyanın həyata keçirilməsi üçün bir vasitəyik. Odur ki, biz KİV-in inkişafına əlimizdən gələn dəstəyi verməyə çalışırıq.  Bizim KİV-dən əlavə, sosial öhdəliklər sahəsində başqa layihələrimiz də var ki, biz onları elan etmirik, çünki onlar özəl layihələrdir.
 
Sevinc Muradova: Bu ideyaları, layihələri kim irəli sürür?
 
Ali Ağan: Hər yerdən alırıq. Bizə gələn məktublarda çox ciddi layihələr olur, əməkdaşlarımız da təklif verirlər. Məsələn, bizim bir uşaq evimiz var,  “Ümid yeri”. Bizim şirkətdə işləyənlər ora davamlı gedirlər. Biz bunları sizə yazmaq üçün demirik. Bizim bir çox, bu tip layihələrimiz var ki, siz eşitməmisiniz, görməmisiniz və çox ehtimalla bundan sonra da bilməyəcəksiniz.  
 
Rüfət Abbasov: Mən əlavə edərdim ki, Ali bəy Bakıya gələndə ilk görüşdə verdiyi tapşırıqlardan biri bu oldu ki, qısamüddətli deyil, uzunmüddətli sosial layihələr həyata keçirmək lazımdır. Yəni təşəbbüs təkcə aşağıdan deyil, yuxarıdan da gəlir.
 
Arzu Qazıyeva: Beynəlxalq Standart Təşkilatından aldığınız ISO sertifikatınız axırıncı dəfə nə zaman yenilənib və bu sənəd sizə işinizdə necə yardım edir?
 
Ali Ağan: İSO bir keyfiyyət sertifikatıdır. Qafqazda İSO sertifikatını alan ilk şirkət bizik. Bizim bir də İİP (İnsanlara Sərmayə) sertifikatımız var, o da çox önəmlidir. Dünyadaki milyonlarla şirkətin yalnız 36 minində bu sertifikatdan var. İSO sertifikatımızı azırıncı dəfə 2007-ci ildə yeniləmişik. ISO da, İİP də əslində iş prosesinin keyfiyyətli olmasına dəlalət edir. Belə olmasa idi, Microsoft, General Elektrik kimi dünyanın böyük firmaları bu sertifikatları əldə etməyə can atmazdı. Əlbətə, onları almaqla iş bitmir. Bu təşkilatların nümayəndələri vaxtaşırı gəlib, sizi yoxlayırlar, sertifikatı layiqli bir şəkildə daşıyıb-daşımadığımızı dəyərləndirirlər.
 
Xatirə Qasımova: Dünyanın bir çox ölkələrində mobil rabitənin artıq 4-cü nəsl texnologiyasından istifadə olunur. Azercell hələ də 2,5G parametrində işləyir. Qradasiyanı nə zaman artırmağı düşünürsünüz?
 
Ali Ağan: Azərbaycanda hələ ki 3G yoxdur. Bu, yeni bir texnologiyadır. Azersellin istifadə etdiyi texnologiya 2,5G-dir. Bu nə deməkdir? Biz maşınla 2 xətli yolda gedirik. Trafik sıx olduqda, siz yavaş gedirsiniz. 3G  texnologiyasında bu xətlərin sayı daha çoxdur və siz daha sürətlə gedə bilirsiniz. Xüsusilə də bu, data yəni bilgilərin otürülməsi üçün çox vacıbdir. Avropada 3-cü nəsl texnologiyası olmayan az ölkə var. Biz özümüzü Avropaya aid edirik.
 
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan regionda ən müasir texnologiyaların mərkəzi olmalıdır. Əgər biz buna nail olmaq istəyiriksə, qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsinə nail olmaq lazımdır. Biz hələ 2005-ci ilin sonunda Azərbaycana 3G texnologiyasını gətirmək niyyətində olduğumuzu bildirmiş və lisenziya almaqdan ötrü Rabitə Nazirliyinə  müraciət etmişik. Məncə, 3G-nin tətbiqi prosesini ləngitmək olmaz, sonra gec ola bilər.  
 
Arzu Qazıyeva: Müştərilərinizin konfidensiallığını necə təmin edirsiniz?
 
Ali Ağan: Sizə belə cavab verim. Mənə zəng vuran gizli nömrəni mən belə öyrənə bilmirəm.  Bizdə həm şirkət daxilində, həm də beynəlxalq standartlarla qorunan çox ciddi təhlükəsizlik sistemi var. Xətt sahibi və ya xətt sahibinin vəkalət verdiyi insan xaricində heç kimə, bu şirkətin Vitse-Prezidenti olsa belə, məlumat verilmir. Bu bir, ikincisi də məhkəmə qərarının olmasıdır. Azərselldə bu iki şərait xaricində müştəri haqqında məlumatları əldə etmək şansınız yoxdur. Burada sadəcə idari qorunma deyil, texniki qorunma da var. Yəni sistemimizə çıxış, mən belə daxil, elə də asan deyil. Amma məhkəmə qərarı olarsa, bu yerinə yetirilir.
 
Ilhamə Qasımlı: Azercellin liderliyində ictimaiyyətlə əlaqələrinizin nə qədər payı var?
 
Ali Ağan: Bizim bir binamız var, Azersell Plaza. Mobil sektorunun işçisi Plazada otura-otura işləyə bilməz, xalqın içində olmaq lazımdır. Amma bizim sektorda müştəri ilə daim əlaqədə olmaq, xalqı hiss etmək lazımdır. Bizim nailiyyətimiz əslində budur. Biz insanların içərisindəyik, davamlı kəndlərdə, regionlardayıq.  Bizim mühəndislərimiz maşın keçməyən yerlərdə ata minib, qüllələr quraşdırırlar. Ən kiçik problem olduqda belə, dərhal müdaxilə edirlər. olanda, xalq da sizə doğru gəlir. Əgər mən Plazada ayağımı ayağımın üstünə aşırıb otursam, heç nə alınmaz. Binadan çıxıb, xalqın içərisində olanda, bazar payı da gəlir, müştəri də, nailiyyətlər də.
 
Vüsalə Xasməmmədova: Qərbdə işgüzar fəaliyyətlə məşğul olmuş bir türk vətəndaşı kimi, Azərbaycanda özünüzü necə hiss edirsiniz?
 
Ali Ağan: Biz Azərbaycana yad bir ölkədən gəlməmişik. Azərbaycanın ümummilli lideri Heydər Əliyev demişkən, bir millət, iki dövlətik. Türkiyənin qərbi ilə şərqi, Urfa ilə İzmir arasındakı ləhcə fərqi, azəri türkəsi ilə türk türkcəsindəh daha böyükdür. Mən Qara dənizə gedəndə onların ləhcəsini daha çətin anlayıram. Tarix boyu eyni ağlayıb, eyni gülmüşük. Belə bir topluma gəldiyim üçün heç də yadlıq hiss etmədim. Birincisi, məmləkətimə gəldim, ikincisi çox yaxşı bir operatora gəlmişəm. Bu baxımdan şanslıyam.
 
Xatirə Qasımova: Azercell sizi seçdi, siz Azercelli? (ümumi gülüş)
 
Ali Ağan: Seçimə buraxsaq, çox adam Azercelli seçər, ələlxüsus da mənim vəzifəmi. Azercell məni seçdikdən sonra, getdiyim ölkənin Azərbaycan olması, çox yaxşı bir operatora gəlməyim və 12 illik ciddi təcrübəsi olan gənc insanlarla çalışmalı olmağım mənim qərar verməyimi sürətləndirdi.  
 
Ilhamə Qasımlı: Özünüz haqqında məlumat verərdiniz.
 
Ali Ağan: 38 yaşım var. 1,5 yaşında bir qızım var. Ankarada anadan olmuşam, amma ailəm Urfalıdır. Urfada biz “cocuq” deyil, “uşaq” deyirik. Ailədə öyrəndiyim bir çox sözləri İstanbul və ya Ankarada böyüsəydim, bilməyəcəkdim. Digər şansım mənim həyat yoldaşımın ana tərəfinin Bakıdan olmasıdır. 80 il əvvəl Bakıdan İrana köçüblər.
 
Azərcelldən əvvəl 7 il xaricdə yaşadım, Amerikada çalışdım. Maliyyə sahəsində, marketinq bölməsində idim. Amerikada üst-üstə 5 ölkədə, 16 firmanın idarə heyətinin üzvü idim. O vaxtlar mənə həyatın rahat olduğu yerlərdən, Fransadan, Dubaydan təkliflər gəldi. Həyat yoldaşımla 1994-cü ildə tanış olmuşam. O zaman ona da demişdim: “Biz evlənəcəyiksə, bunu bil ki, mən ölkəmə  qayıdacağam. Mən başqa ölkədə qalmayacağam”. Azərbaycana gəlməyimin bir səbəbi də budur. Buranı öz ölkəm kimi görürəm.
 
 
 


 
 
 

Şərhlər
  • Şərh yoxdur  

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh: