AZƏRBAYCAN QADIN JURNALISTLƏR BIRLIYI - THE UNION OF WOMAN JOURNALISTS OF AZERBAIJAN

    Az   En
      Bizim fokusda
      Etik jurnalistika
      Azad, məsuliyyətli mətbuat
      Qadının səlahiyyətlənməsi
      Qadın və uşaq sağlamlığı
      Rəy yazıları
      Xəbər bülletenləri
      Qadın jurnalistlər klubu
      "İlin Media Uğuru" mükafatı
 
 
        Sorğu
Azərbaycanda Azadlıq, BBC və Amerikanın səsi radiostansiyalarının yayımının dayandırılmasına münasibətiniz necədir?
Dəstəkləyirəm
Dəstəkləmirəm
Rəyim yoxdur

Cəmi səs verənlər: 30

Nəticələri göstər

 
        Xəbərlər arxivi

   Tarixi seçin:
  

«

Dekabr 2008

»

  

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

   
 
    Ön səhifə   Bizimlə tanışlıq    Jurnalist klubu    Mətbuat haqqımızda    Bizə qoşulun    Əlaqə   
Bruno Pueza: "BMT qayıdış planının hazırlıq prosesində iştirak etmək və bu planı dəstəkləməyə hazırdır"

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevinc Osmanqızı: BMT-nin 1992-ci ildən bəri gördüyü işlər arasında ən mükafatlandırıcı nailiyyət hansını hesab edirsiniz?

Bruno Pueza: Bu gün Azərbaycanda Daimi nümayəndəliyə malik olan 15 BMT agentliyi fəaliyyət göstərir. Bundan əlavə, BMT-nin digər agentliklərinin nümayəndələri də Azərbaycanda fəaliyyət göstərirlər. Siz məndən 15 ildən artıq bir dövrdə gördüyümüz işlərdən ən uğurlusunu seçməyi xahiş edirsiniz. Mən əksər adamlarımızın gördüyü işlərə qarşı ədalətsiz olmaq risqi qarşısındayam.

Ötən həftə əsas hadisə - Ümumdünya ərzaq proqramının Azərbaycanı tərk etməsi oldu. Mən də elə bu proqramdan başlamaq istərdim. Ümumdünya ərzaq proqramı 1992-ci ildə BMT-nin Azərbaycanda ofisinin açıldığı ilk gündən Azərbaycanda olmuşdur. İlk əvvəl onlar münaqişədən zərər çəkənlərə ərzaq yardımının təmin olunması ilə məşğul idilər. O vaxtlar Azərbaycan hökuməti işğal nəticəsində yurd-yuvasından didərgin düşən yüz minlərdə məcburi köçkün və qaçqınların problemlərini həll etməyə çalışırdı. O çətin vaxtlarda Dünya ərzaq proqramı çox vacib yardımı təmin etdi. Bu yardım yüz minlərlə adamın karına gələrək, ərzağın paylanması, logistika kimi məsələlərin həllində misilsiz xidmətləri oldu. O vaxtdan bəri Dünya ərzaq proqramı Azərbaycan hökuməti ilə işbirliyini davam etdirərək, məcburi köçkün və qaçqınlara davamlı yardımın təmin olunmasından ötrü ölkənin milli potensialının yaradılması sahəsində əməkdaşlıq edib. Bu günlərdə Dünya ərzaq proqramının Bakl ofisi rəsmən bağlanır, lakin onlar Azərbaycanı əminliklə tərk edirlər ki, hökumət ölkədə olan qaçqın və məcburi köçkünlərin qayğısını çəkmək üçün həm maliyyə, həm də insan resursuna malikdir.

Bu, BMT-nin Azərbaycanda nə etdiklərinə gözəl nümunədir, yəni təkcə ərzağın çatdırılması deyil, eyni zamanda hökumətin potensialını təmin etməkdir ki, ölkə özü davamlı surətdə məsələləri tənzimləmək qüdrətində olsun. Biz BMT-nin digər agentliklərinə də nəzərə alsaq, əminəm ki, çox gözəl uğur nümunələri tapa bilərik, amma onlardan heç biri Ümundünya ərzaq proqramıdək olmayacaqdır. Bu yardım adamların salamat qalmasından ötrü həyati əhəmiyyətə malikdir.

Qaçqınlarla iş üzrə Ali Komissarlığı da məcburi köçkün və qaçqınlara yardım təmin etmişdir, lakin daha çox nəqliyyat və sığınacaq sahəsində. UNİSEF də öz növbəsində qaçqın və məcburi köçkünlərin uşaqlarına ilkin yardım təmin etmişdir. Lakin UNİSEF tədricən öz qüvvəsini qidalanma üçün vacib olan duzun yodlaşdırılması kimi layihələrə yönəltmişdir. Ümumdünya səhiyyə təşkilatı Azərbaycanda səhiyyə institutlarında islahatların aparılmasına yardım etməkdə davam edir. BMT-nin Əhali Fondu ailənin planlaşdırılması, reproduktiv saqlamlıq və xidmətlər sahəsində dəyərli texniki yardım həyata keçirir. Dünya Bankı da BMT ailəsinin üzvüdür, xəstəxanaların təmiri və müasirləşdirilməsi sahəsində investisiya həyata keçirir.

BMT-nin daha bir maraqlı cəhəti ondan ibarətdir ki, BMT agentlikləri bir-biri ilə də əməkdaşlıq edirlər. Məsələn, Azərbaycan ilk dəfə olaraq, quş qripi təhlükəsi ilə üzləşəndə BMT bir qrup kimi işləyərək, maraqlı olan digər beynəlxalq donorları da bir araya gətirdi ki, Azərbaycan hökuməti, Səhiyyə və Kənd Təsərrüfatı Nazirlikləri ilə işləsinlər. Veterinar xidməti ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, insan sağlamlığı üçün UNİSEF, kommunikasiya və əhalinin maariflənməsi sahəsində hamısı bir yerdə işlədi ki, quş qripi təhlükısi aradan qaldırılsın.

BMT-nin elə agentlikəri var ki, adlarını, bəlkə, heç vaxt eşitməmisiz. Məsələn, Azərbaycan kommunikasiya üçün peyk göndərməyi düşünəndə, 2 qurum işə cəlb olunur: Beynəlxalq Telekommunikasiya Birliyi və BMT-nin Kosmos məsələləri üzrə departamenti. Siz Azərbaycandan Rusiyaya məktub göndərəndə, Ümumdünya poçt itifaqı kömək edib ki, məsələn, Azərbaycan və Rusiya hökuməti poçt markasının dəyəri barədə razılığa gəlsinlər. Azərbaycan dünya bazarlarına neft nəql edəndə, BMT ailəsinin üzvü olan Ümumdünya gəmiçilik təşkilatı gəmiçilik standartları sahəsində razılıq əldə olunmasına yardım edir. Qlobal ekilogiya təşkilatı ilə BMT-nin İnkişaf agentliyi 5 Xəzəryanı dövləti bi araya gətirir, bu ölkələr Xəzərdə ətraf mühit məsələlərində razılığa gəlsinlər. Bu siyahını davam etdirmək olar. Yalnız bir neçı layihəni seçmək 15 il ərzində görülən işə qarşı ədalətsizlik olardı.

Sevinc Muradova: Sülh müqaviləsi əldə olunarsa, qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması işində BMT-nin rolu nədən ibarət olacaq?

Bruno Pueza: Əvvəla, məsələyə aydınlıq gətirmək istəyirəm ki, biz burada konkret bir layihədən danışmırıq. Azərbaycan hökuməti Baş nazirin müavini Əli Həsənovun başçılığı altında bir işçi qrupu yaratmışdır. İşci qrup işğalla bağlı yurd-yuvasından didərgin düşən həmvətənlərinin evlərinə qayıda biləcəyi günə hazırlığa başlayıb. Bu günə hazırlıq məqsədilə xeyli planlaşdırma aparılmalıdır ki, siyasi sövdələşmə əldə olunduqdan sonra adamların evlərinə qayıtması mümkün olsun. Torpaqları minalardan təmizləmək lazım olacaq, infrastruktur bərpa olunmalıdlr, yollar, su, elektrik, ev və sığınacağa ehtiyac olacaq. Bütün ictimai xidmətlər yenidən bərpa olunmalıdır. Bu, hökumət üçün çox böyük miqyasda iş yükü yaradır. Ola bilsin ki, hökumətin logistika və ərzaqla təminat məsələsində yardım almaq üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya ərzaq proqramına ehtiyacı olacaqdır. Bu proses Minalardan təmizlənmə üzrə milli agentliyinin işinin xeyli güclənməsini tələb edəcək. Biz yarandığı gündən 10 ilə yaxındır ki, bu agentliklə yaxından işləyirik. Burada Dünya Bankının da iştirakı tələb olunacaq, təkcə vəsait ayırmaq üçün deyil, həm də böyük infrastruktur layihələrini idarə etmək sahəsində olan böyük təcrübəsi baxımından. Bu proses yəqin ki, Ümumdünya səhiyyə təşkilatının da iştirakını tələb edəcək ki, işğal olunmuş ərazilərdə tez bir zamanda səhiyyə xidmətlərini bərpa etmək mümkün olsun. Ən vacibi isə oldur ki, bu iş hökumətin bütün strukturlarının bir-biri ilə sıx işləməsini tələb edəcək ki, qısa vaxt kəsiyində qayıdışı gerçəkləşdirmək mümkün olsun. Odur ki, bu, çox əhəmiyyətlidir ki, hökumət bu günü irəlicədən planlaşdırmağı qərara almışdır. BMT agentlikləri bu hazırlıq prosesində iştirak etmək və bu planı dıstəkləməyə hazırdırlar.

Sevinc Osmanqızı: Biz Minsk Grupu həmsədrlərindən tez-tez eşidirik ki, əgər tərəflər sülh razılığına gələrlərsə, bölgəni böyük iqtisadi firavanlıq gözləyir. Sizin dediklərinizdən isə belə başa düşürəm ki, adamların minimal tələblərinin təmin olunması hədəf götürülüb.

Bruno Pueza: Planlaşdırma ilk əvvəl fiziki çətinlikləri aradan qaldırmaq, dövlət nəzarətini bərpa etmək və məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaradılmasına yönəlməlidir. Bu, əsas çətinlikdir. Bizdə olan məlumata əsasən, işğal altında olan ərazilərdə infrastruktur həddindən artıq pis vəziyyətdədir. Evlərin əksəriyyəti və ictimai binalar dağıdılıb, kənd təsərrüfatı, irriqasiya, iqtisadi fəaliyyət üçün bazis yenidən bərpa olunmalıdır. Bu, işğal olunmuş ərazilərdə normal həyatın bərpa olunması üçün prioritet və ilkin şərtlərdir. Bunlar təmin olunduqdan sonra, bu ərazilər Azərbaycanın tərkib hissəsi kimi və bütün digər ərazilər qədər Azərbaycanın iqtisadi inkişafından yararlanacaqdır. Əlbəttə ki, o mərhələdə beynəlxalq ictimaiyyət normal həyata qayıdışı sürətləndirmək üçün əlindən gələni edəcək ki, prosesi sürətləndirsin.

Sevinc Osmanqızı: BMT-nin yardım üçün çağırışı olacaqmı?

Bruno Pueza: Bəli, düşünürəm ki, o mərhələdə BMT beynəlxalq resursları səfərbər etmək üçün ATƏT, Avropa Birliyi və digər beynəlxalq təşkilatlara qoşulacaqdır.

Aynur Yaqubova: BMT-nin Bakı ofisində bu yaxınlarda İnsan haqlarına dair Şuranın nümayəndəliyi yaradılıb. Bu nümayəndəliyi yaratmaq hansı zərurətdən irəli gəlir?

Bruno Pueza: BMT strukturunda müxtəlif qurumlar vardır ki, Baş Assembleyanın çətiri altında ixtisaslaşmış mandata malikdirlər. BMT-nin təməl daşı sayılan hüquqi sənədlərdən biri İnsan haqlarına dair Beynəlxalq Bəyannamədir ki, 1948-ci il dekabrın 10-da imzalanmışdır. Bu il bu Bəyannamənin imzalanmasının 60 illiyi tamam olur. İnsan Haqları Şurası bu bəyannamədən irəli gələn müddəaların bütün dünyada tətbiq olunmasına görə məsuliyyət daşıyır. Şuranın üzvləri BMT-yə üzv olan ölkələr tərəfindən seçilirlər.Azərbaycan da üzvlərdən biridir. Son 1,5 il ərzində Azərbaycana Şuradan 3 məruzəçi səfər etmişdir - etiqad azadlığı, qaçqın və məcburi köçkünlərin insan haqları və söz azadlığı üzrə nümayəndələr. Məruzəçilərin hesabatlarını saytımızda oxuya bilərsiniz.

Sevinc Muradova: Bəyannamədən irəli gələn Konvensiyalardan biri də qadınlara qarşı diskriminasiyanın ləğv olunmasıdır. Sizcə, Azərbaycan qadınları hansı sahələrdə diskriminasiyaya məruz qalırlar?

Bruno Pueza: 2006-07-ci illərdə BMT-nin İnkişaf Agentlityi və Əhali Fondu Azərbaycanda genderə münasibət məsələsinə dair Milli İnsan İnkişafı hesabatı hazırlamışdır. Bu hesabatın hazırlanmasında bizim partnyorlarımız Qadın, Ailə və Uşaq məsələləri üzrə Dövlət Komitəsi və Heydər Əliyev adına Fond olmuşdur. Hesabatın məqsədi BMT-nin özü üçün dəyərləndirmə aparmaq deyil, Azərbaycanda gündəlik həyatda genderə dair kişi və qadınların mülahizələrinə səs vermək idi. Bu hesabatı internet səhifəsindən oxuya bilərsiniz.

Sevinc Osmanqızı: Sizcə, bu, hesabat Azərbaycan reallıqlarını əks etdirirmi?

Bruno Pueza: Məncə, bu hesabat onun qarşısında qoyulan məqsədə xidmət edir ki, bu da gender məsələləri ətrafında milli müzakirələri həvəsləndirməkdir. Azərbaycan kimi inkişafa nail olan ölkədə adamlara nə düşünməli olduqlarını demək mənim və ya BMT-nin işi olmamalıdır. Hesabat Bakı və rayonlarda müsahibə yolu ilə aparılan sorğu nəticəsində hazırlanıb. Sorğu zamanı adamların qeyri-rahat saydığı suallar soruşulub. Mən adamların cavablarının nə dərəcədə dəqiq olduğunu dəyərləndirə bilmərəm, amma siz bilərsiniz. Mən sizi çağırıram ki, bu hesabatı götürəsiniz, həmkarlarınız arasında müzakirələr keçirəsiniz və mətbuat vasitəsilə bu müzakirələri cəmiyyətin geniş təbəqələrinə çıxarasınız. Çünki əgər problem varsa, onun həll olunmasının yeganə yolu problemin mövcud olmasında razılaşmaq və onu müzakirə etməkdir. Ailədə, iş yerində, cəmiyyətdə qadın və kişinin rolu məhz ailənin və cəmiyyətin içində müzakirə olunası məsələlərdir. Siz bu müzakirələrin baş tutması üçün qüdrətə maliksiniz.

Sevinc Osmanqızı: Azərbaycanda 2 il əvvəl yaranan Qadın, Ailə və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin işini necə qiymətləndirirsiniz?

Bruno Pueza: BMT-nin bir sıra agentlikləri, demək olar ki, mütəmadi olaraq, Komitə ilə işləyirlər. BMT-nin Əhali Fondu bu Komitə ilə işləyərək, Qadınlara qarşı diskriminasiyanın ləğv olunmasına dair Konvensiyanın icrasına dair Azərbaycanın illik hesabatının hazırlanmasına kömək edib. UNİSEF Komitə ilə qismən gender, qismən də uşaq məsələlərində işləyir. Artıq qeyd etdiyim kimi, keçən il İnkişaf Agentliyi İnsan inkişafına dair hesabatın hazırlanması zamanı işləyib.

BMT-nin hər dəfə Komitə ilə işləməsinin məqsədi - hökumətdəki tərəf müqabili olan quruma ən yaxşı bilik, nümunə və məsləhətləri ilə bölüşməkdir ki, Dövlət Komitəsi hökumətdən aldığı mandatı yerinə yetirmək üçün faydalansın. Dövlət Komitəsi qadın məsələlərinin təşviqi və hökumət strukturları arasında koordinasiya məsələsində mərkəzi rol oynayır. Ən son nümunələrdən biri kimi Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu və Dövlət Komitəsinin məişət zorakığına qarşı imzaladığı birgə layihəni nümunə gətirə bilərəm. Təşviqat çox mühümdür. Bu cür vacib məsələdə danışman kimi ictimai diqqəti səfərbər edən, ölkənin Birinci Xanımının təşviqat aparmadı təqdirəlayiq haldır.

İlhamə Qasımlı: 1995-ci ilə qədər BMT-inin ilk Rezident Əlaqələndiricisi Mahmud Əl Səid nəinki sosial, həm də siyasi məsələlərlə məşğul olurdu. Səhv etmirəmsə, 1995-ci ildə ondan sonra gələn BMT Əlaqələndiriciləri yalnız sosial məsələlərlə işləməyə başladılar. Bu, nə ilə bağlı idi?

Buno Pueza: Düzdür, sizin təsviriniz tamamilə dəqiqdir. BMT-nin ofisi Azərbaycanda açılanda, bu, BMT-nin Baş Katibliyinin davamı idi. O vaxt əsas diqqət Azərbaycanın təzə qazandığı müstəqilliyinin elementləri və beynəlxalq ictimaiyyətə inteqrasiyası məsələsi idi. Bir neçə il sonra fokus Azərbaycanın inkişafının dəstəklənməsinə doğru dəyişdi. O vaxtdan BMT-nin ofisinin rəhbəri siyasi məsələlər deyil, inkişaf məsələləri üzrə əməliyyatların Koordinatoru oldu. Azərbaycanda olan ilk nümayəndənin siyasi mandatı vardı. 1995-ci ildən bəri Bakıya gələn Rezident Əlaqələndiricilərin isə siyasi mandatı olmayıb.

Aynur Yaqubova: Korrupsiyaya qarşı hökumətin apardığı mübarizəni necə qiymətləndirirsiniz?

Bruno Pueza: Hüquq müstəvisində korrupsiyaya qarşı çox iş görülmüş və görülməkdədir. Hökumət daxilində də bir sıra təşəbbüslər göstərilmişdir ki, korrupsiya imkanları azalsın. Mən sizə BMT-nin Əhalinin Sosial Müdafiə Fondu ilə əməkdaşlığından nümunə gətirə bilərəm. Dünya Bankının da iştirak etdiyi birgə layihə nəticəsində təqaüdçülər öz təqaüdünü birbaşa bankomatdan ala bilirlər. Təqaüdçülərlə bağlı bütün məlumat və arxivlər kompüterləşdirilmişdir. BMT eyni məqsədlə bir sıra digər hökumət nazirlikləri ilə də informasiya və kommunikasiya texnologiyalarına sponsorluq etmişdir ki, əhali ilə dövlət institutu arasında təmas asanlaşsın. Dövlət qulluğuna imtahanlar, Tələbə qəbul komissiyasında iş və s.-nin kompüterləşdirilməsi BMT tərəfindən həyata keçirilmişdir. Dünya Bankı hökumətə eləcə də təchizat prosesində islahat aparmaqda yardım edir. Məqsəd ondan ibarətdir ki, şəxsi maraqlar üçün sui-istifadə çətinləşsin. İşgüzarlar üçün yaradılan Vahid pəncərə sistemi də eyni məntiqin davamıdır. Bu, 2 müsbət nəticədir. Əlbəttə ki, biz korrupsiyaya qarşı mübarizəni ictimai münasibət dəyişəndən sonra uğurlu hesab edə bilərik. Bu isə hər yerdə çox vaxt tələb edir.

Sevinc Osmanqızı: 1,5 ildir ki, Azərbaycandasınız. Azərbaycanda fransız olmaq necədir? (ümumi gülüş)

Bruno Pueza: Bu sualın cavabı mənim üçün dünyanın hər yerində ilbəil çətinləşir. Mən artıq 22 ildir ki, BMT-də çalışıram. 27 ilə yaxındır ki, Fransa vətəndaşı kimi Fransada yaşamıram. Mən öz vətənimdə özümü vaxtaşırı müsafir kimi hiss edirəm.

Fransada yaşayanda, Sovet İttifaqının dağılmasından xeyli əvvəl, mən Azərbaycanın mövcudluğu barədə heç nə bilmirdim. Dəmir pərdə sözün əsl mənasında mövcud idi və Qərbi Avropadan baxanda Linndən Kamçatkayadək vahid bir Sovet İttifaqı vardı. Dəmir pərdə dağılanda, biz, Qərbi Avropalılar, keçmiş Sovet İttifaqının daxilində qeyri-adi çeşidlilik sezməyə başladıq. Amma illər uzunu biz buranın nə adını, nə də harada yerləşdiyini bilməmişik. Lakin Azərbaycana gəldikdən sonra 1918-ci ildən əvvəl də Fransa ilə Azərbaycan arasında əlaqələr olduğunu öyrəndim. Qəribədir ki, əksəriyyətimiz Aleksandr Dümanı "3 müşketyor" əsərinə görə tanıyırıq, halbuki Düma Qafqaz barədə ən gözəl səyahət əsərinin müəllifidir. Mən bunu da sonradan öyrəndim ki, bir çox azərbaycanlı ötən əsrin əvvəllərində Fransada təhsil alıb bə Sovetlərin müdaxiləsindən sonra Fransada pənah tapıb. Mən ümid edirəm ki, siz nə vaxtsa, 1921-1991-ci illəri Azərbaycan üçün beynəlxalq işlər, mədəniyyət və ümumi hərəkatdan olan qısa bir fasilə kimi dəyərləndirəcəksiniz.

 

 

 

 

 

 

 

 

"Women's Media Watch"
Azərbaycan Qadın Jurnalistlər Birliyi
www.wmw-az.org

 



 
 
 

Şərhlər
  • Şərh yoxdur  

Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh: